SAYT ÜZRƏ AXTARIŞ

Miokard infarktı

Miokard infarktı

Miokard infarkt. Ürək normal halda 60-80 dəfə döyünərək bütün bədənə qanı ötürür. Bununlada bütün bədən üzvləri qanla qidalanır. Eləcədə ürək özüdə qidalanır. Beləki ürəkdən çıxan ana damar aortadan şaxələr ayrılır ki bu damarlar tac arteriyalar adlanır və ürəyi qidalandırır. Bunlara koronar damarlar da deyilir.Belə ki, bu damarlarda hər hansı daralma və ya tıxanma olarsa ürəyin qidalanması pozulur. Bu hal daralmanın dərəcəsinə görə müxtəlif əlamətlər verir. Bəzi hallarda isə koronar damarlarda daralmalarda yağ və ya xolesterol kütləsi dediyimiz plak ilişir və tıxanma yaradır. Bu zaman həmin damarın ürəyi qidalandıran hissəsində kəskin qidalanma pozuğunluğu yaranır. Bu miokard infarktı adlanır. İnfarkt çox ciddi haldır və ağır nəticələrə hətta ölümə belə səbəb ola bilər.

Ürək infarktının əsas əlamətləri nədir ?

Ürək infarktı anidən yaranan amma buna yol açan səbəblərin uzun illər olduğu bir prosesdir. Bütün dünyada ölümlərin birinci səbəbi sayılır. İlkin olaraq rast gəlinən əlamətlər bunlardır.

  • Sinə nahiyyəsində bir neçə dəqiqədən çox davam edən ağrı, basqı hissi, bəzən kürəkdə ağrı
  • Çiyinlərdə, qollarda əsasəndə sol qola yayılan ağrılar, eləcədə çənə nahiyyəsinə yayılan ağrılar
  • Baş gicəllənmə,mədə bulanması,soyuq tər kimi əlamətlərin sinə nahiyyəsi əlamətlərilə birgə olması

İnfarkt keçirmənizdən şübhələnirsizsə...

Hər şeydən əvvəl ən yaxında olan tanıdığınızı çağırın. Təcili yardıma xəbər verin. Təksinizsə və yardım çağırmısızsa qapını açıq qoyun. Rahat bir yerdə arxası ustə, amma bədənin yuxarı hissəsi hündürdə olmaqla uzanın ,və mümkünsə ayaqları qaldırmaq lazımdır. Eləcədə tez tez öskürmək faydalıdır. Ayaqüstə durmaq olmaz. Bu zaman ağrı keçsin deyə duşa girmək, hər hansı idman hərəkəti etmək olmaz, bu hətta ölümə səbəb ola bilər. Varsa 1 tablet aspirin qəbul edin, bu qanı durultmağa kömək edir. Mümkün qədər hərəkətsiz olmaq lazımdır ki digər orqanlara qan az getsin və ürək bu vəziyyətdə gücə düşməsin.

İNFARKT ZAMANI ƏN VACİB MƏSƏLƏ TIXANIQLIĞI YARADAN SƏBƏB TROMB KÜTLƏSİNİ ARADAN QALDIRILMAQDIR Kİ, ÜRƏYİN QİDALANMASI BƏRPA OLUNSUN. BU NƏ QƏDƏR TEZ APARILARSA O QƏDƏR YAXŞIDIR. ONA GÖRƏDƏ İNFARKT BAŞ VERDİKDƏ XƏSTƏ TEZ BİR MÜDDƏTDƏ ƏN YAXIN İNVAZİV KARDİOLOJİ MƏRKƏZƏ ÇATDIRILMALIDIR. TEZ MÜDAXİLƏLƏRDƏ İNFARKTIN ÜRƏK ƏZƏLƏSİNİ ZƏDƏLƏMƏSİ DAHA AZ OLUR.