Stress test ürəyə bəlli bir yük verməklə ürəyin EKQ müayinəsidir. Bəzi hallarda xəstədə bəlli şikayətlər EKQ–də özünü göstərmir ki, bu zaman Stress test müayinəsi aparılır. Stress test zamanı xəstə xüsusi cihazda hərəkət etdirilir və hərəkət surəti həkim tərəfindən idarə olunur. Hər hərəkət pilləsi müvafiq qiymətləndirilir. Bu zaman hərəkətdə olan xəstədə EKQ çəkilir.
Ürəyin işemik xəstəli (ÜİX) bütün dünyada insan ölümlərinin əsas səbəbi sayılır. Əzələli orqan olan ürək bütün həyatı boyunca döyünür. Bu zaman ürəyə daimi olaraq qan lazım olur. Ürəkdən çıxan ən böyük damar aortadan ürəyin özünü qidalandıran damarlar ayrılır ki, bunlara ürəyin tac damarları və ya koronar damarlar deyirik. Bəzi hallarda bu damarlarda daralmalar və tıxanmalar meydana çıxır. Nəticədə daralan hissədən yaxşı qan keçə bilmədiyi üçün ürək yaxşı qidalana bilmir və ürəkdə qan çatışmazlığı yaranır. Ürək buna müxtəlif reaksiya verir.