Ürək çatışmazlığı ürəyin bədənə qanı ötürmə gücünün azalması deməkdir. Bu zaman orqan və toxumalarda effektiv qan getmədiyindən bir çox problemlər yaranır. Ürək çatışmazlığının yaranma səbəblər əsasən bunlardır.
- Keçirilmiş infarkt
- Ürəyin qapaq xəstəlikləri
- Ürəyin bəzi əzələ xəstəlikləri
- Hipertoniya və s.
Ürək çatışmazlığının əsas əlamətləri tez yorulma, halsızlıq, nəfəs darlığı, baş gicəllənmə, ayaqlarda şişmələr və s dir. Ürək çatışmazığı xəstələrin həyat keyfiyyətini ciddi şəkildə pozur. Xəstəliyin müalicəsində əsas hədəf xəstənin yaşam keyfiyyətini artırmağa doğru yönəlir. Əsasən dərman müalicəsilə ürəyin fəaliyyətinin yaxşılaşmasına çalışılır. Bundan başqa ürək çatışmazlığının müalicəsində ürək daxili cihaz implantasiyası aparılır ki, buda xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır.