SAYT ÜZRƏ AXTARIŞ

Kardioloqu necə seçim etməli?

Kardioloqu necə seçim etməli?

Ürəklə bağlı probleminizin olduğunu düşünürsüzsə və ya şikayətiniz varsa bu zaman sizin kardioloq seçməyiniz verəcəyiniz ən mühüm qərardır. Bunun üçün siz ya özünüz yaxşı kardioloq maraqlanmalısınız yada sizin ailə həkiminiz sizə bu sahədə kömək edəcək. İlk öncə tanışdığınız kardioloqun təhsili və təcrübəsi ilə maraqlanacaqsınız. Hər kəs el dili ilə desək yaxşı kardioloqa getmək istəyir. Bəs yaxşı kardioloq kriteriyası nədir?, Əslində insanlar yaxşı həkim, yaxşı kardioloq deyəndə nə axtarırlar?

İlk öncə kardiologiyanın hansı bölmələri var?, onlara nəzər salaq. Kardiologiya sahəsi ürək xəstəliklərinə uyğun olaraq bir neçə alt sahəyə ayrılır. Ümumi olaraq kardioloji xəstəliklərin dəyərləndirilməsi ilə kardioloq məşğul olur. Sizdə “ürəyin nasos funksiyası” ilə əlaqəli problemləriniz varsa, kardiak kateterizasiya, angioplastika və stentlənmə üzrə ixtisaslaşmış həkim, ən yaxşı seçim ola bilər. Bu kardioloqlar invaziv kardioloqlar sayılır. Bəzən el arasında invaziv kardioloqlarada ürək cərrahı deyirlər ki, bu yanlışdır. Əslində isə ürək cərrahlarının fəaliyyəti tamam başqadır. Ürək cərrahları ürəklə bağlı hansı işi görür?,buna aşağıda toxunacayıq. Eləcədə ürəyin ritm pozğunluqları elektrofizioloqlar və ya aritmoloqlar tərəfindən effektiv aradan götürülür, müalicə edilir. Bəzi həkimlər, xüsusi ilə böyük tibbi məruzələrdə, qapaq patalogiyaları ilə, digərləri xroniki ürək çatmamazlığının müalicəsi üzrə ixtisaslaşmış olurlar.

Bəs Ürək cərrahı kimdir?

Ürək cərrahı ürək damar sistemində cərrahi əməliyyat icra edən mütəxəssislərdir. Ürək cərrahları digər adı ilə kardiocərrahlar ürəyin damar sistemində, ürəyin özündə, ürək qapaqlarında, ən böyük damar olan aortada və eləcədə bədəndə olan iri arteriya damarlarda cərrahi əməliyyat aparan mütəxəssislərdir. Ümumiyyətlə kardiologiyanın bütün sahələri bir biri ilə sıx əlaqədədir. Bəzən xəstədə problem elə olur ki, bu zaman həm kardioloq, həm aritmoloq, həm invaziv kardioloq, həm də ürək cərrahının birgə işi lazım gəlir. Adətən xəstələr ürəklərində cərrahi problem olduğunu bilməzlər. Bu invaziv kardioloq tərəfindən aparılan angioqrafiya müayinəsi nəticəsində müəyyən olunur, və xəstə ürək cərrahına göndərilir. Hər şeydən öncə həkim seçimində siz kardioloqun, istər ürək cərrahının sizə yanaşmasını, sizə can yandırmasını hiss edəcəksiniz. Bir sözlə yaxşı kardioloq kriteriyalarını tapdınızmı sualına özünüzdə cavab vermək üçün özünüzə bu sualları verin.

  • Hər hansı bir suallarınız olduqda, tam kömək edildimi?
  • Müəssisə sakit və yaxud xautikdir?
  • Siz peşəkar bir mühitdə olduğunuzu hiss etdinizmi?
  • Tibb bacısı və yaxud həkim köməkçisi sizi müayinə otağına çağırarkən, onların sizə davranışı necədir?
  • Digər insanlar tapdığınız həkim haqqında yaxşı kardioloqdur deyə düşünürmü?
  • Bir qrup insanlar yaxşı kardioloq deyəndə onun təcrübəsinə, təhsilinə, elmi fəaliyyətinədə fikir verir və araşdırır.

Yəni bir sözlə canınızı etibar edəcəyiniz, yanında olarkən özünüzü güvəndə hiss edəcəyiniz bir kardioloq və ya kardio cərrah tapmalısız. Ürəyinizdə tutduğunuz yaxşı kardioloqu tapmaqla psixoloji olaraq da rahat olacaqsınız.