SAYT ÜZRƏ AXTARIŞ

Kardioloqla ilk görüş

Kardioloqla ilk görüş

Çox hallarda xəstələr klinikaya gələrkən xüsusəndə ürək şikayətləri olarsa həyaəcanlı olurlar. Həkimlə ilk görüş bəzi xəstələr üçün elədə asan olmur. Panik vəziyyətlərə meyilli (“Mən ölmək istəmirəm”), sevdiyi birinin (“Ailəmin məni belə görməsinin istəmirəm”) kimi hallar bəzən xəstəlikdən kənar narahatçılıqlara səbəb olur. Xüsusilədə klinika içində xəstələri görərkən, klinikanın aurası bəzən həyəcanı artırır. Lakin düşünməlisiz ki, siz peşəkarların çalışdığı bir mərkəzdəsiniz. Hətta kardioloqunuzla ilk görüşdən bir neçə dəqiqə sonra rahatlayacaqsınız.

Bütün hallarda kardioloqunuz sizi dinləyəcək. Siz özünüzü toplamalısız və sizi nə narahat edir, ilk şikayətiniz necə yarandı, bunu nə ilə əlaqələndirirsiz kimi halları həkiminizə söyləyin. Həkimin verdiyi sualları maksimum cavablandırın. Həkiminiz ilkin olaraq sizdən müəyyən müayinə və testlər istəyə bilər. Bunları keçib yenidən həkiminizin qəbuluna qayıdacaqsınız.