SAYT ÜZRƏ AXTARIŞ

Hansı halda kardioloqa getməlisiniz?

Hansı halda kardioloqa getməlisiniz?

Ümumiyyətlə xəstəlik haqqında bilgisi olmayan insanlar hər hansı narahatçılıqları olduqda onlar həkimə getməyə qərar verirlər. Hətta bəzən xəstələr bu əlamətlər zamanla keçəcək deyərək prosesi daha da ağırlaşdırırlar.Ümumiyyətlə xəstələrimiz bir şeyi bilməlidirlərki Kardiologiyada yaranan narahatçılıqlarda zaman çox önəmlidir. Ömrümüzün sonuna qədər yorulmadan bizim üçün çalışan ürəyimizdə narahatçılıq hiss etdikdə kardioloqla görüşmək lazımdır. Praktik olaraq rast gəlmişik ki, bəzi xəstələrdə uzun illərdir kardioloji problem var və kontrollar sayəsində ciddi bir narahatçılıq olmur.Bəzi xəstələrimiz olub ki onun ürəklə bağlı narahatçılığı bugün yaranıb və bu gündə ciddi problemlər əmələ gəlir. Ona görədə ürək damar sistemi ilə bağlı hiss etdiyimiz hər hansı dəyişiklik bizim üçün həyacan olmalıdıkı, kardiologa gedək.

İlkin olaraq tibbi bilgisi olmayan insan nələrə diqqət etməlidir? Praktik olaraq xəstələrimizdən dinlədiyimiz şikayətlərdən nümunələr diqqət edək.

  • 3 aydır məndə tənginəfəslik var.
  • 3 həftədir sinəmdə sıxıcı təzyiq hissi, sol qolumda ağrı var.
  • Mən hər dəfə parkda gəzərkən, sinəmin mərkəzində təzyiq qeyd etdim, hansı ki, boğazıma və sol çiynimə yayılırdı. Bu bir aydan çoxdur var, ağırlığı və təzyiqi artıb.
  • Son iki həftədən çoxdur ki, ürək döyüntüm həddindən çox tezləşib, başgicəllənmə və azca yorğunluq ilə.
  • Əvvəlki kimi nəfəs ala bilmirəm. Son bir neçə həftədə 20 kilo almışam, topuqlarımın və ayaqlarımın ölçüsü 2 dəfə artıb.
  • Son ildə proqressiv tənginəfəslik və gündəlik fəaliyyətimdə azalma qeyd edilir.
  • Sanki hiss edirəmki sinəmdə ürəyim qəribə döyünür.

Bu kimi hallar tibbi bilgisi olmayan insanların bizə gətirən şikayətlərdir. Məhz buna görə hər hansı ürəklə bağlı dəyişiklik hiss etdiyinizdə, xüsusəndə ailədə, nəsildə ürək xəstəlikləri varsa kardioloqa müraciət etmək lazımdır.