SAYT ÜZRƏ AXTARIŞ

Yuxuda infarkt ola bilərmi?

Yuxuda infarkt ola bilərmi?

Ürəkdə infarkt ən çox rast gəlinən ürək-damar sistemi xəstəliyi sayılır. İnfarkt ürəyi qidalandıran damarın anidən tutulması nəticəsində ürəkdə yaranan kəskin qan dövranı pozğunluğudur. İnfarkt iş zamanı, hərəkət etdikdə, avtomobil idarə etdikdə, o cümlədən yuxuda da yarana bilər. Xüsusilədə yuxu apnoesi (yuxuda tənəffüs dayanması), şəkərli diabeti olan, yüksək təzyiqi olan və yuxu pozğunluğu olan insanlar yuxuda infarkt olması baxımından risk altındadırlar.

Yuxuda infarkt riskini, ümumiyyətlə infarkt riskini azaltmaq üçün bir neçə tövsiyyə verə bilərik:

  • Şəkər xəstələri qanda şəkərlərini normada saxlamağa çalışsınlar
  • Siqaret çəkənlər siqaretdən uzaq olsunlar
  • Ümumiyyətlə yatmazdan öncə sinədə ağrı, sol tərəfli ağrı, göynəmə kimi hallar, kürəkdə ağrı kimi klassik əlamətlər varsa yatmağa çalışmayın, əksinə təcili yardım çağırın.
  • Yüksək təzyiqlə yatmağa çalışmayın
  • Yuxu probleminiz varsa həkimə müraciət edin.
  • Yuxuda tənəffüs dayanması, ciddi xorultu varsa həkimə müraciət etməyiniz məsləhətdir.
  • Yatmazdan öncə çox ağır yeməklər yeməyin.