SAYT ÜZRƏ AXTARIŞ

Onlar dünyada ən sağlam ürəyə sahibdirlər

Onlar dünyada ən sağlam ürəyə sahibdirlər

Aparılan bir araşdırmada (Lanset jurnalı) Amazon meşələrində yaşayan Tsimane kənd sakinlərində dünyada ən az ürək damar xəstəlikləri olması müəyyən edilmişdir. 40-94 yaş arası 705 xəstədə ürək vurğusu, qan təzyiqi, qanda şəkər və digər müayinələr aparılmışdır. 705 nəfərin 89-da ürək xəstəlikləri aşağı risk, 20 nəfərdə orta risk, 596 nəfərdə ürək damar xəstəliyi riski tapılmamışdır.

Tsimane sakinlərində ürək xəstəlikləri riskinin belə aşağı olmasının müxtəlif səbəbləri var. İlk olaraq onlar təmiz təbiətdə yaşayırlar, genetik sağlamdırlar, demək olar ki, xroniki xəstəlikləri yoxdur, un, şəkər, duz istifadə etmirlər. Bitkilər və bir sıra ov heyvanları xüsusilə də balıqla qidalanırlar. Həmçinin çox hərəkətlidirlər. Demək olar ki, yağda heçnə bişirmirlər. Daha çox lifli bitkilər, meyvələr istifadə edirlər.