Stent taxılması cərrahi ürək əməliyyatı sayılırmı?
- Xeyr. Stent taxılması zamanı döş qəfəsi açılmadığından cərrahi əməliyyat sayılmır. Stent taxılması invaziv yolla damar içindən icra olunur və invaziv əməliyyat sayılır.
Stent taxılarkən oyaq olacam?
- Bəli. İnvaziv kardioloq tərəfindən sadəcə girişim olunacaq damar bölgəsi yerli keyləşdirilir. Prosedur tam ağrısız olur.
Stent əməliyyatı harda olur?
- Koronar angioqrafiya və stent əməliyyatı ixtisaslaşmış klinikalarda angioqrafiya laboratoriyasında icra olunur.
Stent əməliyyatını kim icra edir?
- Stent əməliyyatını bu iş üzrə xüsusi təhsil almış kardioloq yəni invaziv kardioloq icra edir.
Stent əməliyyatı nə qədər vaxt çəkir?
- Stent əməliyyatı özü 30-120 dəqiqə çəkir. Sadəcə əməliyyatdan əvvəl hazırlıq proseduru olur.
Stent koronar damar xəstəliyini tam sağaldır?
- Stent koronar damar da olan darlığı tam aradan qaldırır, damar xəstəliyini yox. Sadəcə risk faktorlarını önləmək üçün stent sonrası bəzi dieta və dərmanların qəbuluna riayət olunmalıdır. Stent sonrası həyatı keyfiyyətli etmək üçün idman etmək, sağlam qidalanmaq, stresdən uzaq olan həyat tərzi seçmək və vaxtaşırı ürək kontrollarından keçmək lazımdır.
Damara stent qoyulduqdan sonra təkrar stentə ehtiyac ola bilərmi?
- Bəli ehtiyac ola bilər. Əməliyyat zamanı real vəziyyətə uyğun ciddi damar darlığı və tıxanmalarında stent istifadə olunur. Bəzən stent qoyulan xəstələrin deyilən həyat tərzi qaydalarına riayət etməməsi, siqaret çəkmək, yanaşı bəzi xəstəliklər və s bir neçə ildən sonar ürək də digər damarların ciddi darlıqlarına və ya əvvələr qoyulmuş stentin daralmasına və ya tutlmasına səbəb ola bilər. Bu vəziyyətlərdə koronar angioqrafiya edilməklə yenidən stent əməliyyatı aparıla bilər.