SAYT ÜZRƏ AXTARIŞ

Təzyiq dərmanları günün hansı vaxtı qəbul edilməlidir?

Təzyiq dərmanları günün hansı vaxtı qəbul edilməlidir?

Pasiyentlərin ən çox verdiyi suallardan biri təzyiq dərmanlarının günün hansı vaxtı içilməsidir. Son illərdə istehsal olunan təzyiq dərmanları 24 saat müddətində effektivlik göstərir, yəni sutkada bir dəfə qəbul olunur. Təbi ki bəzi hallarda qan təzyiqi yüksəlməsini kontrol etmək çətin olur, bu zaman bir neçə dərman təyin olunur. Yəni pasiyent gün ərzində bir neçə dəfə təzyiq dərmanı içir. Monoterapiyada təzyiq dərmanlarının səhər yoxsa axşam qəbul edilməsi nisbidir. Çünki bəzi təzyiq dərmanlarının tərkibində sidik qovucu effekt var ki bunları səhər içmək məsələhətdir, bəziləri isə axşam təyin olunur. Ümumiyyətlə aparılan araşdırmalarda bir çox təzyiq dərmanlarının effekti səhər və axşam demək olar ki, eyni olmuşdur. Fiziki aktivlik baxımından gün ərzində təzyiqin normada olmasi üçün çox hallarda həkimlər təzyiq dərmanlarını səhərlər qəbul etməyi tövsiyyə edirlər. Amma hər bir təzyiq xəstəsinə fərdi yanaşmalı, uyğun dərman verilməlidir. Ona görədə həkiminizin təyinat verdiyi vaxta təzyiq dərmanını qəbul edin. Ən əsası həkim təyin etməyən təzyiq dərmanını özbaşına qəbul etməyin.