SAYT ÜZRƏ AXTARIŞ

Yeməkdən sonra artan ürəkdöyüntüsü

Yeməkdən sonra artan ürəkdöyüntüsü

Yeməkdən sonra ürək döyüntüsü artması çox rastlaşdığımız problemlərdəndir. Qeyd edək ki, gün ərzində ac olub birdən birə yemək yedikdə, çoxlu yemək yedikdə, yağlı yeməklər yedikdə, xüsusilə də axşamlar gec saatlarda yemək yedikdə ürək döyüntülərinin artması (ürək çırpınma hissi) ola bilər. O cümlədən bəzi qidalar, içkilər də ürək döyüntüsünün artmasına səbəb ola bilər. Xüsusilə də kofeinli içkilər (çay, kofe), şokolad, spirtli içkilər belə hallar yarada bilər. Adətən bu cür hallar bir neçə saata keçir və bu hal ürəkdə hər hansı problem olması demək deyil. Lakin hər dəfə yeməkdən sonra və ya hər hansı kiçik aktivlikdən sonra ürək döyüntülərində artma və ya ürəklə bağlı hər hansı narahatçılıq yaranırsa bu zaman həkimə müraciət etmək məsləhətdir.