SAYT ÜZRƏ AXTARIŞ

İnfarkt diaqnozu necə qoyulur?

İnfarkt diaqnozu necə qoyulur?

İnfarkt ürəyi qidalandıran damarın tıxanması nəticəsində ürəkdə kəskin qidalanma pozulmasıdır. İnfarkt diaqnozunu mütləq həkim qoymalıdır. Qeyd edək ki, infarkt diaqnozunu qoymaq üçün ilkin olaraq 3 əsas kriteriya vardır.

  • 1-Xəstənin şikayətləri (xəstələrdə daha çox sinədə, kürəkdə ağrı, yanma hissi, sol qol, çənəaltı nahiyyədə ağrı, bəzən ürək bulanma və s olur)
  • 2-EKQ-müayinəsi, əksər hallarda infarkt EKQ-də görünür.
  • 3-Qanda bəzi fermentlərin təyini (troponin)

Bütün bu müayinələr infarkt olmasını təsdiqləsədə, infarktın hansı damarda olması, nə dərəcədə ağır olması və hansı müalicə proseduru seçilməlidir?, bütün bunları koronar angioqrafiya müayinəsi ilə dəqiq müəyyən olunur. İnfarkt diaqnozu qoyulmuş pasiyenti istənilən halda vaxt itirmədən ən yaxın invaziv kardiologiya bölməsi olan xəstəxanaya çatdırmaq lazımdır. Çünki infarkt zamanı hər itirilən dəqiqənin belə əhəmiyyəti vardır.