SAYT ÜZRƏ AXTARIŞ

Birdən birə yaranan ürək çırpınması

Birdən birə yaranan ürək çırpınması


Bəzi insanlarda anidən ürək çırpınması meydana çıxır və bəlli vaxtdan sonra keçir. Birdən birə yaranan ürək çırpınması çox vaxt əlavə faktorların təsirindən meydana çıxır, lakin bəzi hallarda ürəkdə ritm pozulmalarından da xəbər verə bilər.

Ürək çırpınmasının yaranmasında əlavə faktorlardan ən çox rastlaşdığımız qan azlığı, psixonevroloji faktorlar, zəhərlənmələr,çoxlu çay, kofe, çokolad qəbulu (yüksək miqdar kofein) və s ola bilər. Pasiyentlərin əsas şikayəti ürək çırpınması hissi, ürək döyüntüsünü hiss etmək, nəbzin sürətlənməsi və s olur.

Eləcədə ürək çırpınması bəzi dərmanların təsirindən, ürək çatışmazlığı səbəbindən, ürəkdə ritm problemlərindən (aritmiya) və s yarana bilər. Əgər ürək çırpınması tez tez yaranırsa, tutma şəkilli olursa, yanaşı olaraq sinə ağrısı, tənginəfəslik kimi hallarda olursa mütləq kardioloq müraciət edin. Xüsusilədə ürək çırpınması, ürək ağrısı kimi şikayətləri nevrolojidir, psixolojidir deyib üzərindən keçməyin. Təbii ki bu faktorlar əsasdır, lakin istənilən halda ürək çırpınması, sinədə ağrı, tənginəfəslik kimi hallar varsa ilk olaraq kardioloji dəyərləndirilməli daha sonra digər səbəblərə baxılmalıdır.