SAYT ÜZRƏ AXTARIŞ

Qan təzyiqini ölçərkən bunlara diqqət edin

Qan təzyiqini ölçərkən bunlara diqqət edin

Qan təzyiqi xəstələri hər gün təzyiqlərini ölçməli və nəzarətdə saxlamalıdırlar. Eləcə də bu xəstələrin aylıq cədvəlləri olmalıdır ki, burada təzyiq göstəricilərini qeyd etməli və müayinəyə gedərkən həkimə göstərməlidirlər. Evdə təzyiq ölçərkən bir çox qaydalara riayət edilməlidir.

  • Qan təzyiqi hər gün eyni vaxtda, məsələn səhər və axşam ac qarnına təzyiq dərmanı qəbul etmədən ölçülməsi tövsiyyə olunur. Hər dəfə ən azı iki ölçmə edin. Birinci ölçmədən sonra 5 dəqiqə dincəlin və təkrar ölçün.
  • Narahat, həyəcanlı, stresli, ağrılı olduğunuz halda təzyiqinizi ölçməyin.
  • Yeməkdən ən azı 2 saat sonra, kofe, siqaret qəbulundan yarım saat sonra təzyiqinizi ölçün.
  • Əgər cihazınız özü ölçən elektron cihaz deyilsə yaxşı olar təzyiqinizi ölçməni bacaran biri etsin.
  • Təzyiq ölçən aparat qola uyumlu olmalıdır. Ölçmə zamanı qolda bütün geyim çıxarılır.
  • Qolunuzu elə edin ki, ürəklə eyni səviyyədə olsun. Bunun üçün qolunuzu masa üzərinə qoyun. Qol tam rahat olmalıdır.
  • Eləcə də ayaqları tam yerə basın. Ayaq ayaq üzərinə qoyulmamalıdır. 
  • Təzyiq ölçərkən psixoloji rahat olmaq lazımdır.