SAYT ÜZRƏ AXTARIŞ

Qan təzyiqi xəstəliyi ilə bağlı edilən səhvlər

Qan təzyiqi xəstəliyi ilə bağlı edilən səhvlər




  • Hipertoniyanı ciddiyə almamaq - bəzən xəstələr deyir ki, təzyiqim yüksələndə bunu hiss edirəm. Bu yanlışdır. Çünki qan təzyiqi yüksələndə bəzən əlamət vermir, amma ürəyi, beyni, damarları zədələyir. Ona görə də hipertoniya diaqnozu qoyulubsa, müntəzəm olaraq dərmanlar qəbul edilməli və həkim deyən vaxtlarda kontrollar edilməlidir.
  • Sadəcə yuxarı təzyiqin yüksəkliyi ilə mübarizə aparmaq - əslində həm yuxarı, həm də aşağı təzyiq müntəzəm olaraq yüksəldiyində zərərli sayılır. Hətta deyə bilərik ki, aşağı təzyiqin yüksəkliyi ürək damarlarını zədələyir.
  • Dərman qəbuluna ara vermək. Bəzən “Təzyiqim artıq normadadır” deyib dərmanı özbaşına kəsmək olmaz. Adətən təzyiq dərmanları ömür boyu qəbul edilir. Sadəcə dərman dozası həkim tərəfindən artırılıb azaldıla bilər.
  • Ancaq özünü pis hiss edən halda təzyiqinin olduğunu düşünüb dərman qəbul etmək.
  • Bəzən gənclərdə hipertoniya olmaz düşüncəsilə xəstəlikdən uzun müddət uzaq qalırlar. Amma bugün 30 yaş üstü olanlarda hipertoniya rast gəlinir.
  • Təzyiq yüksələn zaman onu tez bir zamanda endirməyə çalışmaq düzgün deyil. Verilən dərmanlar özü yavaş-yavaş təzyiqi endirir. Sürətli təzyiq enməsi bəzi fəsadlara səbəb ola bilər. Məsələn, beyin qan dövranı pozula bilər.