SAYT ÜZRƏ AXTARIŞ

Ürək çatışmazlığı xəstələrinə yeni ümid

Ürək çatışmazlığı xəstələrinə yeni ümid

Ürək çatışmazlığı ürəyin yetəri qədər yığıla bilməməsi nəticəsində orqanizmin qanla təmin olunmamasıdır. Ürək çatışmazlığı konkret bir xəstəlik olmayıb, bütün orqanizmi əhatə edir. Mütəxəssislər tərəfindən ürək çatışmazlığı xəstələri üçün bir ümid ola biləcək süni robotik ürək hazırlanmışdır. Bu cihaz ürəyin ətrafına yerləşdirilməklə onun yığılmasına kömək edir. Harvard Universiteti və Boston uşaq xəstəxanası mütəxəssisləri ürək çatışmazlığı olan xəstələrdə hazırladıqları süni robotik cihazın nəticələrini Science Translational Medicine jurnalında yayımladılar. Cihazın ən böyük üstünlüyü yumuşaq toxumaya yəni ürək toxumasına yaxşı uyğunlaşmasıdır. Həmçinin kənardan mexaniki təzyiq hesabına çalışması, qanla təmas etməməsidə çox önəmlidir. Eləcədə cihazın qolu hər xəstəyə görə fərdi hazırlana bilir. Mütəxəssislər bu kimi cihazların gələcəkdə daha da təkmilləşib ürək çatışmazlığı xəstələrinə xeyli yardım edə biləcəyini düşünürlər.