SAYT ÜZRƏ AXTARIŞ

Bəzi xəstələr ağrı olmadanda infarkt keçirə bilər

Bəzi xəstələr ağrı olmadanda infarkt keçirə bilər

Bildiyimiz kimi infarkt zamanı əsas əlamət ağrıdır. Əslində infarkt keçirən xəstələrdə ağrı olursa biz bu xəstələri şanslı xəstə hesab edirik. Çünki ağrı xəstəni daha tez həkimə müraciət etməyə məcbur edir. Koronar arteriya xəstəliyi olanlarda infarkt 60-80 % hallarda klassik əlamətlərlə gedirsə, 20-40 % hallarda klinik əlamətlər olmur. İnfarkt əlamətlərinin gizlənməsində bir sıra səbəblər vardır. Məsələn 60 yaşdan sonra hipertoniya xəstələrinin 50 %-i hipertoniya olmasından xəbərsizdir. Hipertoniya özüdə infarktın yaranmasına şərait yaradır. Digər tərəfdən ürək damar xəstəlikləri ilə yanaşı şəkər xəstəliyi olanlarda da infarktı əlamətsiz və ya zəif əlamətlərlə keçirə bilirlər. Çünki, şəkər xəstələrində sinir uclarının zədədlənməsi ağrı hissinin azalmasına səbəb olur. İnfarkt zamanı ürəyə nə qədər tez müdaxilə olunarsa ürək əzələsi bir o qədər daha az zədələnir. Ona görədə əsas tövsiyyəmiz odur ki, özündə ürək damar xəstəliyi olduğunu bilən insanlar vaxtaşırı kontrollardan keçsinlər. Eləcədə ailəsində, yaxınlarında ürək xəstəliyi olanlarlar genetik risk faktorunu nəzərə alaraqdan 30 - 35 yaşlardan sonra ən azı ildə 1 dəfə kardioloji kontrollardan keçsinlər.