SAYT ÜZRƏ AXTARIŞ

Depressiya və ürək xəstəlikləri arasında bağlılıq

Depressiya və ürək xəstəlikləri arasında bağlılıq

Depressiya günümüzdə çox geniş yayılmış bir xəstəlikdir. İnsan da ruh halının pozulması ilə gedən bu xəstəlik ürək sağlamlığı ilə əlaqəsi müəyyən edilmişdir. Ümumiyyətlə depressiyalarda yaranan qidalanma pozulması, kilo artması piylənməyə səbəb olarkən, bu da öz növbəsində ürək xəstəlikləri və şəkərli diabet üçün bir risk faktoru sayılır. Digər tərəfdən ürək xəstəliyi olanlarda depressiya xəstəlik gedişinə bəlli dərəcədə təsir edə bilir. Aparılan bir tədqiqatda (Archives of General Psychiatryyayımlanıb ) depressiyanın ürək xəstəliklərinə bağlı ölüm riskini dəfələrlə artırması müəyyən edilmişdir. Belə ki, tədqiqatda bir neçə illik kardiovaskulyar ölüm olan insanların xəstəlik tarixlərində depressiya olanlar araşdırmaya cəlb edilmişdir. Statistik göstəricilərdə məlum olur ki, kardiovaskulyar ölümlər depressiyası olanlarda 14 qat daha çox rast gəlinir. O cümlədən insult riski 3 qat daha artıq idi. Ona görədə depressiya varsa, xüsusilədə xəstədə ürək damar xəstəliyini biləndən sonra depressiya inkişaf edibsə bunu ciddiyə almalı, mütləq müalicə olunmalıdır.