SAYT ÜZRƏ AXTARIŞ

Keçirdiyimiz hislər ürəyə necə təsir edir?

Keçirdiyimiz hislər ürəyə necə təsir edir?

Hamımız həyatımız boyunca keçirdiyimiz hislərin ürəyimizə necə təsir etməsinin şahidi olmuşuq. Sevinərkən, bir şad xəbər alarkən ürəyimizin gümrah döyünməsi , darıxarkən, bir pis xəbər alarkən sinədə necə sıxıntı olmasını çoxumuz bilirik. Bütün bunlar keçirdiyimiz "yaxşı" və "pis" hislərin nəticəsində əmələ gələn hormanların təsiri ilə bağlıdır. İnsanın xoşbəxt, sevincli olması onun ürək sağlamlığına müsbət təsir edir. Bu baxımdan deyə bilərik ki, keçirdiyimiz hər bir hissin, duyğunun ürəyimizə müsbət və mənfi təsirləri vardır. Keçirdiyimiz duyğusal vəziyyətlərin ürəyə təsiri ilə bağlı son illərdə "qırıq qəlb sindromu" deyilən xəstəlik də gündəmə gəlmişdir. Bu sindrom kəskin stress vəziyyətlərində (yaxın birinin itirlilməsi, üzücü bir xəbər) meydana çıxa bilər. Çox hallarda qadınlarda müşahidə olunur. "Qırıq qəlb sindromun"-da xəstələr çox vaxtı infarkt keçirdiklərini düşünürlər. Bu zaman sinədə ağrı, sıxıntı hissi, tənginəfəslik ola bilər. Bu əlamətlər infarkt əlamətlərinə oxşasada müayinədə infark olmaması aşkarlanır. "Qırıq qəlb sindromu" -olan insanlarda ölüm nadir hallarda olur. Adətən kəskin stress vəziyyəti aradan qalxdıqdan sonra xəstə tədricən normal həyata qayıdır. Ona görədə əslində ürəyimizin "duyğusal" bir orqan olmasını düşünərək çalışaq ki, özümüzü neqativ hislərdən, stress faktorlarından qoruyaq.