SAYT ÜZRƏ AXTARIŞ

Ürək döyüntüsünü qulağımda hiss edirəm

Ürək döyüntüsünü qulağımda hiss edirəm

Ürək döyüntüsünün qulaqlarda eşidilməsi çox sıx rastlaşdığımız haldır. Adi halda ürək döyüntüsü ümumiyyətlə hiss edilməməlidir. Lakin qaçarkən, ağır fiziki iş zamanı insan keçici olsada ürək döyüntüsünü hiss edə bilər. Ona görədə sakit halda insan öz ürək döyüntülərini eşitməsi onu daha da həyəcanlandırır. Xüsusilədə gecə yatarkən qulaqlarda ürək döyüntü səsini eşitmək çox narahat bir vəziyyətdir. Bu halda yuxuya getmək də çətinləşə bilər. Çox narahat edici bir vəziyyət olan qulaqlarda ürək döyüntüsü eşidilməsinin bir çox səbəbləri vardır.

  • Bəzi burun boğaz xəstəlikləri
  • Yüksək səslə qulaqlıq istifadə etmək
  • Ani partlayışlar nəticəsində qulaqda olan travmalar
  • Hormonal pozulmalar
  • Qalxanvari vəzi xəstəlikləri
  • Yüksək qan təzyiqi
  • Damar problemləri (anevrizmalar)
  • Ürəkdə yaranan bəzi ritm pozulmaları
  • Bəzi dərmanların əlavə təsirləri

Göründüyü kimi qulaqlarda ürək döyüntüsü eşidilməsi çox sadə görünsədə altda yatan ciddi səbəb ola bilər. Ona görədə problemi araşdırıb, səbəbini aradan qaldırmaq lazımdır.