SAYT ÜZRƏ AXTARIŞ

Ürək xəstələri və koronavirus

Ürək xəstələri və koronavirus

Korona virus (Covid-19) Ürək damar sistemi xəstəliyi olan insanlarda daha riskli sayılır. Xüsusilədə təzyiq xəstələri, ürək çatışmazlığı olanlar, infarkt keçirmişlər, eləcədə ürək əməliyyatı keçirmiş insanlar yüksək risk qruplu xəstələr sayılır. Yəni bu xəstələr korona virusdan daha çox qorunmağa cəhd etməlidirlər. Çünki covid -19 ürək damar xəstələrində daha ağır gedişli gedir. Koronavirus tənəffüs orqanlarını zədələməsi nəticədə oksigen çatışmazlığı kimi ağırlaşma meydana gələ bilər. Bu zaman orqan və toxumalara oksigen çatdırmaq üçün fizioloji olaraq ürəyin işi artır ki, nəticədə ürəyin işemik xəstəliyi olanlarda infarkt təhlükəsi yaranır. Digər tərəfdən Covid-19 infeksiyası ürəyin əzələ qatının zədələnməsinə-miokarditə səbəb ola bilər. Ona görədə ürək damar problemi olan insanlar özlərini koronavirusdan qorumaqda daha da ciddi yanaşmalıdırlar.

Ürək damar xəstələrinə əsas tövsiyyələr nədən ibarətdir?

1. Özünüzü qoruyun
  • İnsanlar çox olan yerlərə getməyin və çalışın ki evdə qalın
  • İnsanlarla təmasdan çəkinin
  • Düzənli olaraq əllərinizi tez tez yuyun
  • Hər kəsin toxunduğu yerlərə (qapı dəstəyi, market arabaları və s.) çalışın toxunmayın ya da əllərinizi dezinfeksiya edin
  • Öskürərkən və ya asqırarkən ağzınızı tutun yaxud dirsək içini istifadə edin.
  • Evdən çıxmaq məcburiyyəti olduqda mütləq qoruyucu maska taxın.

2. Xəstəlik əlamətlərinə diqqət edin
  • Yüksək temperatur, öskürək, tənginəfəslik, boğulma kimi hallar olduqda təcili yardıma xəbər verin. Bəzi hallarda bu əlamətlərdən tənginəfəslik, boğulma ürək xəstələrinə tanış əlamətlər olur və deyirlər ki, bu əlamətlər onsuz da məndə olur. Bu cür düşünməyin, istənilən halda təcili yardıma xəbər verin

3. Dərmanlarınızın qəbulunu axsatmayın
  • Təzyiq dərmanları, qan durulaşdırıcı preparatlar qəbul edənlər, dərmanlarınızı həkim təyin edən vaxtlarda qəbul edin

4. Çalışın bol maye qəbul edəsiniz. Yuxunuzu normal yatın. Yağ və yağlı qidaların istifadəsini məhdudlaşdırın. Zülallarla zəngin qidalar və bol meyvə tərəvəz istifadə edin. Ev şəraitində yüngül idman hərəkətləri etməyi də unutmayın.