SAYT ÜZRƏ AXTARIŞ

Xolesterin nədir?

Xolesterin nədir?

Xolesterin qan dövranında olan, bütün hüceyrlərdə mövcud olan yağa bənzər maddədir. İnsan bədəni lazım olan xolesterini özü sintez edir. Lakin qeyri düzgün qidalanma, kənardan qida vasitəsilə doymuş yağların istifadəsi, trans yağların qəbulu qanda xolesterinin miqdarını yüksəldir ki bu da bir sıra xəstəliklər üçün risk faktoru sayılır. Xolesterin bədəndə xüsusilə beyində, qaraciyərdə, sinirlərdə, ödün tərkibində daha çox mövcuddur. Eləcə də bir sıra hormonların tərkibində, D vitaminin tərkibində olur. Bundan başqa xolesterin parçalanaraq orqanizmin enerji balansının ödənilməsində iştirak edir. Bir sözlə xolesterin həyat fəaliyyətimiz üçün vacib sayılır. Lakin onun miqdarının qanda normadan artıq olması bir sıra damar xəstəliklərinin yaranmasına səbəb olur. Bundan başqa xolesterin yüksəkliyi öd daşı xəstəliyinində yaranmasında rolu vardır. Qanda ümumi xolesterinin həddi normal olaraq 150-200 mq/dl götürülür.

XOLESTERİNİN HANSI FORMALARI VARDIR?

Orqanizimdə gördükləri işə görə xolesterinin iki forması vardır. Bu formalar xolesterinin qanda zülallarla birləşmə formalarıdır. LDL və HDL. HDL-(yaxşı) xolesterin damarlardakı artıq xolesterini qaraciyərə daşımaq funksiyası görür. LDL-isə xolesterini bütün orqanizmə daşıyır. TOTAL xolesterin triqliserid və xolesterin miqdarlarının cəmidir. Sağlam insanda bu göstərici 180 mg/dl–dən artıq olmamalıdır. TOTAL xolesterin/HDL göstəricisi ürək xəstəlikləri riskini hesablanmasında əhəmiyyətlidir. Qanda triqliseridlərin və LDL-in miqdarının normadan artıq olması Hiperlipidemiya adlanır.

YÜKSƏLMİŞ XOLESTERİNİN SƏBƏBİ NƏDİR?

Yüksək xolesterinin səbəbi bir sıra faktorlardan aslıdır. Bəzi insanlarda bu ailədə, nəsildə üstünlük təşkil edir. Bəzilərində həyat tərzinin qeyri düzgün olması, qeyri düzgün qidalanma kimi səbəblər önə çəkilir. Artıq çəki, siqaret lipid spekterinin dəyişməsində rolu vardır.

XOLESTERİN GÖSTƏRİCİLƏRİ HANSI MÜDDƏTLƏRDƏ YOXLANMALIDIR?

Adətən qəbul olunmuşdur ki 20 yaşdan yuxarı ən azı 5 ildən bir qanın lipid spektrini yoxlatmaq lazımdır. Bu ürək xəstəliklərinin profilaktikasında ən önəmli addım sayılır.

HANSI XƏSTƏLƏR ÜRƏK XƏSTƏLİKLƏRİ BAXIMINDAN RİSK DAŞIYIRLAR?

“Pis” xolesterin və ya LDL yüksəkliyi infarkt, insult riskini artırır. Amma hər lipid spektri dəyişilmiş xəstələrdə infarkt və insult olmur. Burda digər risk faktorlarıda vardır. Buna görədə yanaşı bəzi xəstəliklər dəyərləndirilməklə “pis” xolesterin hədəf endirilmə dəyərləri müəyyən olunur. “Pis” xolesterinin endirilmə hədəfləri: Sadəcə xolesterin dəyərləri yüksək olanlarda 160 mq/dl-dən aşağı hədəflənir. Şəkər xəstəliyi və ürəyin işemik xəstəlik olanlarda 70 mq/dl –dən aşağı hədəflənir. Bəzi xəstələrdə dahada aqressiv müalicə və daha aşağı LDL səviyyələri hədəflənir. Bu hədəfləmələr müvafiq pəhrizlə, idmanla və dərman vasitələri ilə mümkün olur.