SAYT ÜZRƏ AXTARIŞ

Ürək xəstələrinin cinsi həyatı necə olmalı?

Ürək xəstələrinin cinsi həyatı necə olmalı?

Cinsi həyat yaşamın önəmli bir parçasıdır. Əgər ürək xəstəlikləri tam nəzarət altındadırsda bu zaman cinsi fəaliyyətə heç bir əks göstəriş yoxdur. Lakin xəstəlik kontrol altında deyilsə cinsi fəaliyyət ciddi problemlər yarada bilər.

  • Cinsi həyata başlamazdan əvvəl öz həkimizlə məsləhətləşin
  • Ürək çatışmazlığı diaqnozu qoyulubsa, infark keçirmisinizsə bu zaman müvafiq reabilitasiya və düzənli fiziki aktivlik normal həyata qayıtmanızda sizə kömək edəcəkdir və cinsi fəaliyyət probleminizidə aradan qaldıracaqdır.
  • Qadınlarda ürək xəstəliklərinin müxtəlif formaları varsa bu zaman hamiləlik planlamasından öncə və ya hamiləysəniz həkiminizə bildirirn.
  • Ürək xəstəlikləri ilə bağlı yazılan bütün dərmanları qəbul edin bunlar sizin cinsi həyatınıza əks göstəriş deyildir.

Bu kimi hallar varsa cinsi fəaliyyət sizə zərər verə bilər

  • Nəfəs darlığı
  • Sinədə ağrı
  • Təzyiqin yüksəlməsi
  • Birdən birə halsızlaşma

Cinsi əlaqə zamanı infark ola bilərmi?

Ürək şikayətləri olmayan bir insanda cinsi əlaqə zamanı ürək infarktı və ya ürək ölümü nadir hallarda rat gəlinir. Hətta araşdırmalarda belə bir rəqəm də var ki 1 milyonda 25 insanda cinsi əlaqə zamanı infarkt və ya ürək ölümü rast gəlinir.

Ürək əməliyyatlarından sonra cinsi həyat

Ürək əməliyyatlarından sonra xəstə bəlli bir vaxtdan sonra normal həyata qayıdır. İstənilən halda ürək əməliyyatlarından sonra cinsi aktivliklə bağlı vəziyyətin dəyərləndirilməsi baxımından həkiminizlə məsləhət etməniz lazımdır. Sadəcə ürək xəstəsisinizsə özünüzdə belə bir test apara bilərsiz. 15-20 dəqiqə sürətli, tempolu yürüyüş və yaxud iki mərtəbə pilləkən qalxmaq sizdə bir narahatçılıq yəni sinədə ağrı, sıxıntı, tənginəfəslik yaratmırsa deməli cinsi yaşamda heç bir problem yoxdur.

Ürək xəstələri cinsi istəyi artıran dərmanlar qəbul edə bilərmi?

Əslində bu qrupdan olan dərmanların istifadəsi məqsədə uyğun deyildir. Çünki bu dərmanlar ürəyin işini dahada artırır və artıq yüklənmə əmələ gətirə bilər. Digər tərəfdən bu dərmanlar təzyiqə təsir edə bilər. Nitro qrupu dərmanları ilə sərtləşməni artıran dərmanları bir yerdə qəbul etmək olmaz.

Ürək xəstələri cinsi aktı nə zaman dərhal dayandırmalı?

Cinsi əlaqə zamanı ürək döyünmənin artması, təzyiqin azca yüksəlməsi normal hal sayılır və orqazm sonrasında geriyə dönür. Lakin nadir hallarda da olsa dediyimiz kimi cinsi əlaqə zamanı narahatçılıqlar yarana bilər. Əgər 15 dəqiqədən çox sinədə ağrı, gərginlik hissi, tənginəfəslik varsa həkiminizə məlumat verin.

Cinsi aktdan nə vaxt uzaq durmalısınız?

Nəzarətdə olan bir ürək xəstəsi üçün ciddi problemlər olmadığı halda cinsi əlaqənin heç bir ziyanı yoxdur. Lakin davamlı sinə ağrısı şikayətləri varsa, ürək çatışmazlığı varsa, ciddi aritmiyalar varsa cinsi aktivlik o cümlədən hər hansı aktivlik təhlükəli ola bilər. Bu zaman həkimizə məlumat verin.

Cinsi əlaqədə yüksək performans üçün..

  • Ürək xəstəsisinizsə cinsi əlaqə ilə bağlı həkiminizdən məlumat alın.
  • Cinsi olaraq bir problem yaşayırsanızsa müvafiq mütəxəssisə müraciət edin.
  • Cinsi akt üçün yorğun olmadığınız vaxt, stressiz zaman seçin.
  • Həkiminizin ürəklə bağlı yazdığı dərmanları qəbul edin.

Ürək xəstəlikləri cinsi aktivlik baxımından risk qrupları

  • Aşağı riskli xəstələr: Əlamətsiz gedən qan təzyiqi dərmanla nəzarətdədirsə, kontrol altında olan stenokardiya, əvvəllər keçirilmiş fəsadsız miokar infarktı, 1-ci dərəcəli ürək çatışmazlığı xəstələrində cinsi aktivlik baxımdan hər hansı problem yoxdur.
  • Orta dərəcəli riskli xəstələr: orta dərəcəli stenokardiya, 2-6 həftə ərzində keçirilmiş infarkt, 2-ci dərəcəli ürək çatışmazlığı, aterosklerozla yanaşı şəkər xəstəliyinin olması, periferik arteriya xəstəliyinin olması orta dərəcəli risk qrupu sayılır. Bu xəstələr cinsi aktivlikləri ilə bağlı həkim tərəfindən bəzi müayinələrlə dəyərləndirilməlidir.
  • Yüksək risk qrupu xəstələr: Qeyri stabil stenokardiya, dirənşli stenokardiya, kontrol edilməyən hipertoniya, 3-4-cü dərəcəli ürək çatışmazlığı, 2- həfətədən tez dönəmdə keçirilmiş infarkt, mədəcik aritmiyaları, ağır qapaq xəstəlikləri yüksək risk sayılır. Bu xəstələrdə həkim təqibi aparılır. Mümkün qədər bu xəstələr vəziyyətlərinin normallaşmasına qədər cinsi yaşamı ertələməlidirlər.