SAYT ÜZRƏ AXTARIŞ

Ürək dostu qidalar. Ürək sağlamlığı.

Ürək dostu qidalar. Ürək sağlamlığı.

Balıq məhsulları-balıq məhsulları ürək sağlamlığı cəhəttən çox faydalıdır. Sadəcə bəzi yağlı balıqları dərisində xolesterin miqdarı daha çox olur ki, bu zaman balığın dərisini yeməmək tövsiyyə olunur. Balıq həm yüngül qidadır, həm az kalorilidir, həm də omeqa yağ turşuları ilə zəngindir ki bu da ürək damar sistemi üçün faydalıdır. Omeqa-yağ turşuları qanda pis xolesterinin(LDL) azaldır, yaxşı xolesterini (HDL) artırır. Həftədə 2 dəfə balıq istifadəsi məsləhətdir.

Yağlı çərəzlər-yəni tərkibində yağ olan meyvələr qoz, fındıq, badam ürək damar sisteminə çox faydalıdır. Sadəcə bu çərəzləri duzsuz qəbul etməyə çalışın.

Mürəkkəb çəyirdək meyvələr-çiyələk, qarağat, moruq, böyürtkən kimi meyvələrə rəng verən xüsusi komponentlər vardır ki bunlar ürək damar sisteminə çox faydalıdır.

Yulaf məhsulları-istifadəsi zamanı insanda toxluq yaradır, az kalorilidir, xüsusilə çəki artıqlığı zamanı çox faydalıdır, həmçinin bağırsaqlardan xolesterinin sorulmasını azaldır yəni özünə birləşdirib kənarlaşdırır ki bu baxımdan da faydalıdır.

Paxlalı tərəvəzlər-lobya, paxla, mərci, noxud və s kimi bu qrup bitkilər zülallarla və vitaminlərlə zəngindir və ürək xəstəlikləri üçün faydalıdır.

Qırmızı tərəvəzlər-ümumiyyətlə tərəvəzlər xolesterin əlehinə dietada eləcə də ürək sağlamlığı baxımından çox faydalıdır. Sadəcə qırmızı tərəvəzlərdə - qırmızı soğan, qırmızı bibər, qırmızı turp,pomidor və s kimi xüsusi antioksidant maddələr vardır ki damar sağlamlığı cəhəttən bu çox faydalıdır. Məsələn pomoidorun tərkibində olan likopen adlı maddə ən güclü antioksidant maddə sayılır ki buda damar sağlamlığı cəhəttən çox xeyirlidir. Hətta belə tövsiyyələr var ki ürək sağlamlığı üçün hər gün bir neçə pomidor istifadə edin.

Şokolad-tərkibində kakaosu 70%-dən artıq olan şokoladlar tərkibindəki antioksidantların hesabına (məs bitter şokolad) ürək üçün çox faydalıdır.

Sitrus meyvələri-bu qrupdan olan meyvələr bildiyimiz kimi vitaminlərlə zəngindir. Xüsusilədə C vitamini ilə. Eləcədə bu meyvələrdə damar sağlamlığı cəhətdən tərkibində antioksidant xüsusiyyəti olan maddələr (betta karotin) vardır.

Zeytun yağı-tərkibində doymamış yağ turşuları vardır. Xolesterinsizdir. Bu yağı ürək sağlamlığı məqsədilə, həmçinin şəkərli diabetdə istifadəsi faydalı sayılır.

Yaşıl çay-tərkibində antioksidantlarla zəngin olduğu üçün faydalı sayılır.

Kofe-tərkibində olan antioksidantlar hesabına çox faydalıdır. Sadəcə sağlamlıq cəhəttən kofeni şəkərsiz və kremsiz istifadəsi daha məqsədə uyğundur.

Quru ərik-tərkibində yüksək miqdarda kaliumla zəngindir. Buda ürək üçün çox faydalıdır. Həmçinin əriyin tərkibində güclü antioksidantlar vardır. Ərik istifadəsi insanda toxluq yaradır, enerji verir. Əriyi çox istifadə edən insanlar qanda kalium kontrolu aparmaq tövsiyyə olunur.

Göbələk-ürək sağlamlığı cəhəttən faydalı bir qidadır. Həm tərkibində yağ yoxdur, həmdə kalorisi çox azdır. İstifadəsi zamanı toxluq hissi yaradır. Tərkibində selen və bir sıra minerallar vitaminlər vardır.