STENT ƏMƏLİYYATI NECƏ APARILIR?
Xəstə oyaq halda olmaqla bilək və ya bud arteriyasından xüsusi kateterlə girilərək ilk öncə angioqrafiya edilir. Bu zaman damarların tam görüntüsü meydana çıxır. Xüsusi kateterlə damarın daralmış və ya tıxanmış hissəsinə gedilərək həmin nahiyyədə stent yerləşdirilir. Kateter üzərində balon həmin hissədə şişirdilərək damar genişləndirilir. Bu prosedur angioqrafiyadan həmən sonra və daha sonra icra edilə bilər. Bir stentin yerləşdirilməsi adətən 20- 30 dəqiqə çəkir. Əməliyyatdan sonra ilk 6 saat yataq rejimi tələb olunur. Öskürmə və ya asqırma zamanı damar girişim yerindən ehtiyyatlı olmaq lazımdır ki, təkrar qanaxma ola bilər. Palatada ilk 2 saatdan sonra yavaş yavaş yemək yeyilə bilər.
NƏ QƏDƏR VAXT SONRA İŞ HƏYATINA QAYITMAQ OLAR?
Əgər stent əməliyyatından sonra hər hansı bir problem yoxdursa stabil xəstələr dincələrək 1-2 həftə sonrasında işə çıxa bilərlər. Əslində stent əməliyyatı keçirmiş xəstələr ürəyin və ümumi orqanizmin toparlanması üçün Reabilitasiya keçmələri çox faydalıdır. Bu zaman iş həyatına keçid daha rahat olur. Çünki əməliyyatdan sonra xəstə xüsusi məşq proqramları ilə yenidən iş həyatına hazırlanır. Xəstəxanadan çıxdıqdan sonra xəstə özündə heç bir narahatçılıq hiss etmirsə yavaş yavaş yüngül ev işləri görə bilər. Sadəcə ilk 6 ay ağır fiziki iş, ağır idman məsləhət görülmür.
STENT ƏMƏLiYYATINDAN NƏ QƏDƏR VAXT SONRA AVTOMOBİL İDARƏ ETMƏK OLAR?
Əgər əməliyyat biləkdən icra olunubsa xəstəxanadan gedərkən 2-3 gün dinləndikdən sonra minik avtomobili idarə edilə bilər. Yük avtomobili idarə etmək üçün yaxşı olar ki ən azı 1 həftə xəstə dinlənsin. Yox əgər stent əməliyyatı bud nahiyyədən icra olunubsa 2 həftə sonrasında avtomobil idarə etmək tövsiyyə olunur.
STENT ƏMƏLiYYATINDAN NƏ QƏDƏR VAXT SONRA TƏYYARƏ İLƏ UÇMAQ OLAR?
Stent əməliyyatı olunan xəstələr əgər yüksəklik qorxusu, həyəcan yoxdursa 1-2 həftə sonrasında təyyarə ilə uça bilərlər.
STENT ƏMƏLiYYATINDAN SONRA HAMAM
Stent xəstələri xəstəxanadan çıxdıqdan sonra rahat duş qəbul edə bilərlər. Xəstələrə birdən birə soyuq duş almaq tövsiyyə olunmur. Həmçinin stent xəstələri, ümumiyyətlə ürək xəstələri hovuza, dənizə birdən birə baş vuraraq suya girmələri məsləhət deyil. Yavaş yavaş suya daxil olmaları məqsədə uyğundur.
STENTDƏN SONRA NƏ VAXT CİNSİ HƏYATA İCAZƏ VERİLİR?
Stent əməliyyatı olmuş xəstələrdə cinsi həyata əməliyyatdan sonra bir sıra dəyərləndirilmələr aparıldıqdan sonra həkim tərəfindən qərar verilə bilər. Ümumiyyətlə cinsi yaşama infarktdan sonra 3-4 həftə, stent əməliyyatından sonra 1-2 həftə sonrasında, əgər ürəklə bağlı şikayətlər, tənginəfəslik, sinə ağrısı yoxdursa icazə verilir.
Əgər ürək xəstəsisinizsə özünüzdə belə bir test də apara bilərsiz. 15-20 dəqiqə sürətli, tempolu yürüyüş və ya 2 mərtəbə pilləkən qalxıb enmək sizdə bir narahatçılıq ,yəni sinədə ağrı, sıxıntı, tənginəfəslik yaratmırsa deməli cinsi akta hazırsınız. Normal cinsi yaşam zamanı ürək fəaliyyətinin artması 2 mərtəbə nərdivan çıxmağa bərabər sayılır.