SAYT ÜZRƏ AXTARIŞ

Şəkərli diabetin astanasında-PREDİABET

Şəkərli diabetin astanasında-PREDİABET

Prediabet zamanı qanda şəkər miqdarı yüksəlir lakin diabetdə olduğu kimi olmur. Çox hallarda prediabet tip 2 şəkərli diabetə keçsədə bəlli bir müalicə və pəhrizlə geri dönüş nəticəsi əldə etmək mümkündür. Prediabet daha çox ailəsində diabet olanlarda, artıq çəki və piylənməsi olanlarda, fiziki aktivliyi olmayanlarda, təzyiq xəstələrində, xolesterin mübadiləsi pozulanlarda və daha çox rast gəlinir.

Prediabetin əsas əlamətləri nədir?

  • Artan susuzluq hissi
  • Tez tez acımaq
  • Bulanıq görmə
  • Yorğunluq hissi
  • Şirin qidalara düşkünlük
  • Sidik ifrazının artması

Prediabet diaqnozu qoyulmuş xəstələr həkim kontrolunda olmalı, bəlli müayinələrdən keçməlidirlər. Həkim tərəfindən bəzi dərman təyinatları ola bilər. Ən vacibi isə prediabetdə ciddi həyat tərzi dəyişkənliyi, qida pəhrizi və fiziki aktivlik tövsiyyə olunur.