SAYT ÜZRƏ AXTARIŞ

İmmunitetimizi necə gücləndirək?

İmmunitetimizi necə gücləndirək?

İmmunitet insan orqanizminə yad olan faktorlara qarşı (viruslar, bakteriyalar, göbələklər və s) genetik müdafiə sistemidir. Hər insanın immuniteti eyni olmur. Kimisində immun sistem “zəif”, kimisində “güclü” olur. Buna görədə insanlar eyni bir virusa müxtəlif dərəcədə xəstəlik əlamətlərilə xəstələnirlər,yəni kimisi xəstəliyi yüngül kimisi ağır keçirir. İmmuniteti gücləndirmək üçün aşağıdakı tövsiyyələ vardır.

  • Bol vitamin və minerallarla zəngin qidalar yeyin. Çalışın gün ərzində yediyiniz yeməklərin ən azı yarısı meyvə tərəvəz olsun. Xüsusilədə C vitamini, həmçinin B qrupu vitaminlər, A,E vitaminləridə çox faydalıdır. Həmçinin immunitetinizin güclü olması üçün zülallarla zəngin qidalara üstünlük verin.(qırmızı ət, toyuq əti, balıq, paxlalı bitkilər və s).
  • Çalışın gün ərzində aktiv olun. Heç olmasa ev şəraitində aktiv idman hərəkətləri, gimnastika və s edin.
  • Siqaret çəkməyin.
  • Bol maye qəbul edin. Gündəlik ən azı 1.5-2 litr maye qəbul etməyiniz tövsiyyə olunur.
  • Keyfiyyətli yuxu yatın. Çalışın sutkada ən azı 7-8 saat axşam yuxusu yatasınız. Bu sağlamlığınız üçün çox vacibdir.
  • Artıq çəki və piylənmə ilə mübarizə aparın.
  • Stressdən və həyəcandan uzaq durun.