Ürək ağrıları. Bu əlamətlər ürək xəstəliklərinin xəbərçisi ola bilər
Ürək xəstəlikləri öz gedişində müxtəlif əlamətlərlə özünü göstərir. Çoxumuz ürək problemi dedikdə özümüzdə sol qol, sinə, kürək ağrısı axtarırıq. Lakin ürək xəstəliklərinə işarə edən digər əlamətlərdə vardır ki, bunlara nəzər yetirək.
- Yorğunluq-Birdən birə yaranan yorğunluq, halsızlıq, xırda bir işdən, hərəkətdən sonra yaranan yorğunluq ürək xəstəliklərinin əlaməti ola bilər. Məsələn infarktdan əvvəl, ürək çatışmazlığında yorğunluq yarana bilər.
- Baş gicəllənmə, bayılma-bəzi ürək xəstəliklərinin əlaməti ola bilər. Xüsusilədə ürəyin ritm problemlərində bu əlamətlərə rast gəlirik
- Tənginəfəslik-ürəyin işemik xəstəliklərində, ürək çatışmazlığında rast gəldiyimiz əsas əlamətlərdəndir.
- Ürəkbulanma, iştahsızlıq-bu əlamətlərdə ürək çatışmazlığında, infarktdan öncə rast gəliniə bilər.
- Ağrı-Ürək xəstəliklərindən daha çox ürəyin işemik xəstəliklərində meydana çıxır. Xüsusilədə infarkt zamanı müxtəlif xarakterli ağrılar yarana bilir. Kimisində ağrı sol qol, çiyin,kürək sinə nahiyyəsində, kimisində mədə nahiyyəsində, kimisində çənə boyun nahiyyəsində və s özünü göstərir.
- Tərləmə-sakit halda soyuq tər infarkt əlaməti ola bilər.
- Rəng avazıması-infaktdan öncə, eləcədə təzyiq düşməsi zamanı rastlaşdığımız əsas əlamətlərdən biridir.
- Ayaqlarda şişmələr-daha çox ürək çatışmazlığında meydana çıxır. Xəstələr hər zaman geyindikləri ayaqqabılarının ayaqlarına dar olmasından, topuqlarının şişməsindən şikayətlənirlər.
- Göz qapaqları şişkinliyi-bir sıra xəstəliklərin əlaməti olsada ürək çatışmazlığında da meydana çıxa bilər. Bu daha çox bədəndə maye toplanmasına bağlıdır.