SAYT ÜZRƏ AXTARIŞ

Dieta zamanı edilən səhvlər

Dieta zamanı edilən səhvlər

DİETA ZAMANI HANSI SƏHVLƏRİ EDİRİK?

Bir çox insanlar artıq çəki və piylənmə ilə mübarizədə özləri diet proqramı tətbiq edirlər. Araşdırmalar göstərir ki, dieta saxlayanlar əksər hallarda səhvlərə yol verirlər, hətta belə deyə bilərik ki, arıqlama nəticəsi əldə etsələrdə orqanizmin bir sıra funksiyalarını pozmuş olurlar.

  • Səhər yemək yeməmək-zəifləmə dietaları zamanı ən çox edilən yanlışlardandır.
  • Ac qalmaq-arıqlamaq demək deyil, əslində ac qalmaq metabolizmi poza bilər.
  • Axşam saat 6-dan sonra yemək yeməmək, əslində tövsiyyə olunur ki yatmazdan 3 saat öncə yeməyi saxlamaq lazımdır.
  • Başqasına həkim tərəfindən yazılan dietanı özünə tətbiq etmək də yanlışdır. Çünki dieta proqramları fərdi qaydada hazırlanır.
  • Çörək yeməmək-orqanizmin günlük enerji tələbatını 60-% karbohidratlar təşkil edir. Ona görədə nəzərə alsaq ki, insanın əsas qəbul etdiyi karbohidrat çörəkdir,ondan tam imtina enerji çatışmazlığına,halsızlığa səbəb ola bilər. Çörəyi tam kəsmək yox,azaltmaq tövsiyyə olunur.
  • İdman etmək arıqlamaq üçün yetərlidir-bu fikir də yanlışdır. Əslində bəlli dieta proqramı və idman birlikdə çox yaxşı nəticə verə bilər.

Bir sözlə artıq çəki probemlərində hər pasiyentə individual yanaşılmalıdır. Artıq çəki ilə bağlı piylənmə dərəcəsi, bel çevrəsi ölçüsü, bədən kütlə indeksi və çəki ölçüldükdən sonar dəyərləndirilmə apararaq mütəxəssis tərəfindən fərdi program tərtib edilməlidir.