Bradikardiya ürək vurğularının normadan aşağı vurmasıdır. Normal halda insanda ürək vurğuları dəqiqədə 60-100 dəfə döyünür. Amma bradikardiyada ürək vurğuları 60 dan az olur. Bu zaman ürək bədənə oksigenlə zəngin qanı tam paylaya bilmir və müəyyən problemlər yaranır.
Bradikardiyanın səbəbləri
- Ürəyin elektrik sisteminin fəaliyyətinin pozulması
- İnfarkdan sonra ürəyin zədələnməsi
- Yüksək qan təzyiqi
- Bəzi anadangəlmə ürək xəstəlikləri
- Ürəkdə aparılan bəzi əməliyyatlardan sonra
- Digər xəstəliklər (trioid xəstəlikləri, revmatizm və s)
- Bəzi dərmanların əlavə təsiri
Bradikardiyanın əlamətləri.
Bradikardiya olan halda xəstə sanki bayılacağını deyir, baş gicəllənmə, halsızlıq, nəfəs darlığı kimi hallar onları narahat edir. Belə insanlar aktiv həyat tərzində çətinlik çəkirlər, tez yorulurlar. Adətən xəstələr özləri nəbzlərini sayanda bradikardiya haqqında ilkin məlumatlı olurlar. Amma belə xəstələr mütləq mütəxəssis kardioloqa gəlməli və bradikardiyanın səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır. Çünki bradikardiya çox ciddi fəsadlara hətta ölümə gətirib çıxara bilər.