SAYT ÜZRƏ AXTARIŞ

Sizin öz tibbi tarixçəniz

Sizin öz tibbi tarixçəniz

Hər bir kardioloji xəstə ailədə və ya nəsildə kardioloji xəstə olub olmadığını bilməlidir. Çünki bəzən ürək xəstəlikləri ailədə nəsildə daha qabarıq yayılmış olur. Adətən kardioloqla görüşdə sizə bu suallar veriləcək. Məsələn bəzən ciddi ürək xəstəliyi ilə müraciət edən gənc xəstə əgər ailədə və nəsildə ürək xəstəliklərinin olduğunu deyirsə bu zaman risk çox yüksək dəyərləndirilir. Və ya əksinə. Bu informasiyanı bilmək bizə atacağımız addımlarda kömək edəcəkdir.

Eləcə də siz özünüz uşaq vaxtı keçirdiyiniz hər hansı xəstəliklər, eləcədə hal hazırda pis vərdişlər varsa bunları həkimə demək lazımdır. Bundan başqa xəstəlik əlamətləri nə vaxtdan başlayıb, ilk narahat edici əlamət nə olub, indiyə kimi müalicə olubmu və s bu kimi məlumatları xəstələrin bilməyi diaqnostik olartaq əhəmiyyətlidir.