SAYT ÜZRƏ AXTARIŞ

Panik atak «Kardioloji əlamətlər»

Panik atak «Kardioloji əlamətlər»

Panik pozuntu əsasən gənclərdə rast gəlinir. Yaşlılarda az hallarda olur. Demək olar ki panik pozuntu qadınlarda kişilərə nisbətən çox rast təsadüf olunur. Panik pozuntuda vaxtaşırı tutmalar olur ki buna panik atak deyilir. Yaranma səbəbi bəzən qorxular zamanı bəzən isə səbəbsiz olaraq baş verir. Əsas əlamətləri bunlardır.

  • Sinədə ağrı hissi
  • Ürək vurğularının artması
  • Boğulma
  • Sanki nəfəs dayanacaq hissi
  • Qarında ağrı və ürəkbulanma
  • Özünə nəzarəti itirmək
  • Ölüm qorxusu
  • Tərləmə
  • Titrəmə

Bu əlamətlərdən ən azı 4-ü varsa panik pozuntu haqqında düşünülməlidir.Panik atak xəstələrdə istənilən halda tuta bilər. Avtomobil idarə ederkən, televizora baxarkən, yatarkən və s. Adətən tutmalar 10 dəqiqəyə qədər olur və keçir. Panik atak tutmaları bəzən ildə bir neçə dəfə, bəzən ayda bir neçə dəfə bəzən isə gündə bir neçə dəfə olur. Tutma zamanı xəstə özünə kontrolu itirir. Qorxular onu narahat edir. Daha çox bu xəstələr ürək nahiyyəsində sıxıntı hissi, ağrı hissi olduğu üçün infark keçirəcəklərindən, ürəyin dayanmasından , öləcəklərindən qorxurlar. Bu həyacan hesabına xəstələrdə ürək vurğuları artır, tərləmə qarında ağrı kimi hallar yaranır. Bu xəstələr ilkin olaraq ürək əlamətləri səbəbindən kardioloqa gəlirlər. Sadəcə kardioloq müayinədən sonra həqiqətəndə onların ürəyində heç bir xəstəlik olmadığını deyir və bu işin mütəxəssisi olan psixiatra istiqamətləndirir. Panik pozulmalar zaman içərisində həkim təqibi ilə müalicə olunur.