SAYT ÜZRƏ AXTARIŞ

Siqaret

Siqaret

Normal halda insan bədənində damarlar daxildən nazik bir təbəqə ilə örtülür.Siqaret çəkən insanlarda siqaret tüstüsundən qana keçən bir sıra zərəli maddələrin təsirindən damarların daxili qatında zədələnmələr meydana çıxır. Bu zədələnmələr zaman keçdikcə damar daralmalarınının, tutulmalarının yaranmasına təkan verir. Xüsusilədə ürək, beyin damarlarında bu problemlər daha tez meydana çıxır. Bir sözlə siqaret qəbulu istənilən halda ürəkdə infarkt, beyində insult riskini artırmış olur. Siqaret çəkən insanlarda əlavə olaraq qanda xolesterin yüksəkliyi varsa, şəkərli diabet varsa, hipertoniya, artıq çəki və azhərəkətlilik varsa bu daha ciddi məsələdir. Çünki damar daraldıcı faktorların bir neçəsinin birlikdə olması infarkt, insult riskini dəfələrlə artırmış olur. Bundan başqa ailəsində, birincio qan qohumlarında irsiyyətdə şəkər xəstəliyi, infarkt keçirmə halları, hipertoniya məlumdursa bu insanların siqaret çəkməsi ümumiyyətlə yol verilməzdir. Çünki bu xəstələrdə risk faktorları onsuzda var idi, siqaret xəstəliklərin inkişafına ciddi təkan verəcəkdir. Həmçinin ürək əməliyyatı olan xəstələr əməliyyata qədər siqaret çəkirdilərsə əməliyyatdan sonra mütləq siqaret qəbulu dayandırılmalıdır. Xüsusilə siaqret qəbulu stent əməliyyatı olunanlarda stentin, kooronar şuntlama əməliyyatı olanlarda şuntun gələcəkdə daralma və tutlma riskini artırır.

Bu saydıqlarımız siqaretin ürək damar sisteminə zərərləridir. Bundan başqa siqaret qəbulu həzm sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həyatı təhdid edən bir çox xəstəliklərin yaranmasında əsas risk faktoru sayılır.

Sağlam həyatınızı siqaretdən aslı etməyin...