SAYT ÜZRƏ AXTARIŞ

Xolesterin və ürək sağlamlığı

Xolesterin və ürək sağlamlığı

Xolesterin insan bədənində olan yağabənzər maddədir. Əslində xolesterinin insan bədənində çox vacib funksiyaları vardır. Bütün bədən hüceyrələrində olan xolesterin maddəsi insan bədənində bir sıra hormonların, ödün sintezində iştirak edir. Lakin qanda miqdarı bəlli bir sərhəddən ( 200 mq/dl –dən yüksək ) yuxarı olduqda ürək-damar xəstəlikləri baxımından risk sayılır. Xolesterinin bir neçə növləri vardır. LDL –“pis xolesterin”dediyimiz xolesterinin qanda birləşmə forması ürək xəstəlikləri baxımından təqib (130 mq/dl –dən aşağı olmalı ) edilməlidir. Çünki LDL yüksəlməsi ürək xəstəliklərində əsas risklərdən sayılır. LDL-in qanda yüksəlmə səbəbi heyvani qidaların, xüsusilə yağların qəbulu, ət məhsullarının çox istifadəsi, qızarmış qidaların qəbulu, piylənmə və s.-dir. Həmçinin ailəcə xolesterin yüksəkliyi tarixçəsi olanlarda qanda xolesterin daha tez yüksəlir. HDL “yaxşı xolesterin “ isə əksinə, qanda yüksəkliyinə çalışmaq lazımdır. HDL-in normadan aşağı olması ürək xəstəlikləri (40 mq/dl –dən yüksək olmalı) baxımından risk faktoru sayılır. HDL-in qanda azalmasının əsas səbəbi siqaret çəkmək, stress, hərəkətsizlikdir.