Şəkərli diabet bir metabolizm xəstəliyi olub qan şəkərinin uzunmüddətli yüksək səviyyəsidir. Şəkər xəstəliyi xroniki gedişli bir xəstəlikdir. Artıq bütün dünyada şəkər xəstəliyini xəstəlik yox həyat tərzi olması qəbul edilmişdir. Çünki bu xəstəliklə insan bir ömrü boyu yaşayır və şəkəri tam kontrolda saxlamaq mümkündür. Lakin şəkər xəstəliyinə önəm vermədikdə, yüksəlmiş şəkər gələcəkdə çiddi problemlər yarada bilir. Şəkər xəstəliyində insanı həkimə getməyə məcbur etməyən əlamətlər olmadığından bəzi xəstələr buna əhəmiyyət vermir. Əslində isə yüsək şəkər “gizli qatildir”, orqanizmi zədələyir və ciddi fəsadlara səbəb olur. Ümumi halda şəkər xəstəliyinin əlamətləri bunlardır.
- Tez tez sidiyə çıxma, gecə bir neçə dəfə sidiyə çıxma
- Tez tez susuzlama, çoxlu maye qəbul etmək
- Bəzi hallarda ətraflarda gicişmə hissi
- İştahsızlıq, Arıqlama
- Yorğunluq, əsəbilik, halsızlıq
- Bəzi xəstələrdə görmədə bulanıqlıq
Şəkərli diabet xəstəliyi uzun müddət ərzində kontrol edilmədikdə damar zədələnmələrinə daha doğrusu damar daralmalarına və tıxanmalara səbəb olur. Qeyd edək ki, xəstələrdə diabetlə yanaşı xolesterin göstəricilərinin yüksək olması, eləcədə yanaşı yüksək təzyiq xəstəliyi (hipertoniya) olması ciddi şəkildə həyatı təhdid sayılır. Damar problemləri beyində insult, ürəkdə infark riski,eləcədə böyrək ,göz problemləri yaranması bu hallarda dəfələrlə yüksəkdir. Həmçinin diabetin yaratdığı damar problemləri özünü daha çox ayaqlarda biruzə verə bilirki, bu da gələcəkdə ciddi problemlərə diabetik yaralara, qanqrenalara səbəb ola bilər. Bir sözlə şəkərli diabeti olan kəs qan şəkərini kontrolda saxlamaq üçün həkim kontrollarında olmalı, ürək damar sağlamlığı testlərini vaxtaşırı etməliidir. Bundan başqa ürək əməliyyatı keçirən xəstələrdə (məs .stent əməliyyatı, şuntlama əməliyyatı ) yanaşı şəkərli diabet xəstəliyi varsa digər əməliyyat xəstələrilə müqayisədə bu xəstələr qanda şəkər miqdarının normal olmasına, həmçinin pəhrizlərinə, dərman qəbullarına, fiziki aktivliklərinə daha ciddi yanaşmalıdır.