
Ürək xəstəliklərinin günümüzdə xeyli cavanlaşmasının əsas səbəblərindən biri az hərəkətlilik, piylənmə kimi faktorlardır. Ürək xəstəliklərindən qorunmaqda ən başlıca edə biləcəyimiz işlərdən biri - fiziki aktivlik, hərəkət etməkdir. Aktiv həyat tərzi həm ürək qan dövranını yaxşılaşdırır, həm qan yağlarının azalmasına şərait yaradır, həm bədəni gümrahlandırır, həmçinin diabet və piylənmə riskini azaldır. Bu hamımızın edə biləcəyi bir şeydir. Heç olmasa, hər gün ən azı 40-60 dəqiqə yürüyüş, tempolu yürüyüş edin. Həm özünüz, həm çevrənizdəkilərin sağlamlığı üçün hərəkət, aktivlik həyatınızın bir parçası olsun...