SAYT ÜZRƏ AXTARIŞ

Ürək xəstəliklərində əsas risk faktorları

Ürək xəstəliklərində əsas risk faktorları

Ürək xəstəliklərinin yaranması bir çox səbəblərdən aslıdır. Bəzi insanlarda bir faktorun təsirindən ürək xəstəliyi inkişaf edirsə, bəzi insanlarda bir neçə faktorun birgə təsirindən ürək xəstəlikləri yaranır. Həmçinin ürək xəstəliklərinin inkişafında ətraf mühitin, yaş faktorunun, həyat tərzinin, zərərli vərdişlərin, irsiyyətin və s rolu vardır. Ürək xəstəliklərini bir neçə qrupa bölə bilərik.

  • Ürəyin damar xəstəlikləri (ən çox rast gəlinən xəstəlik qrupudur, ürəyin işemik xəstəliyi və ya ürəyin koronar damar xəstəliyi ən çox rast gəlinir.)
  • Ürəyin qapaq xəstəlikləri
  • Ürəyin keçirici sistem xəstəlikləri (aritmiyalar)
  • Ürəyin əzələ sistemi xəstəlikləri

Ürək xəstəliklərindən həyati cəhətdən daha ciddi sayılan və ən çox rast gəlinən qrupu ürəyin işemik xəstəlikləri sayılır ki, burada əsas risk faktorlarını bu cür göstərə bilərik.

  • Yaş (kişilərdə ≥ 45, qadınlarda ≥ 55 və ya erkən menopauza)
  • Ailə tarixi (birinci dərəcəli qohumlarda kişilərdə 55 yaşdan öncə, qadınlarda 65 yaşdan öncə koronar xəstəliyin olması)
  • Siqaret çəkmək
  • Hipertoniya (qan təzyiqi ≥ 140 / 90 mmHg və ya təzyiq dərmanlarının qəbulu)
  • Qanda xolesterin yüksəkliyi (ümumi xolesterol ≥ 200 mq / dl, LDL-xolesterol ≥ 130 mq / dl)
    HDL-xolesterol dəyəri (< 40 mq / dl)
  • Şəkərli diabet (diabet damar problemləri baxımından ciddi bir risk faktorudur)
  • Hərəkətsiz və ya az hərəkətli həyat tərzi
    Bu kimi risk faktorları olan hallarda mütləq vaxtaşırı həkim kontrollarından keçmək lazımdır.