
Periferik damar xəstəlikləri günümüzdə çox rast gəldiyimiz problemdir. Xüsusilə ayaq damar xəstəlikləri ciddi şəkildə ayaq ağrılarının səbəbi kimi ortaya çıxır. Həmçinin ayaqlarda kəskin qidalanma pozulması və ayaqlarda qanqrenalar yarada bilir. Periferik damar xəstəliklərində müdaxiləvi (invaziv) müalicələr aparılmaqdadır. Hansı ki ilk növbədə angioqrafiya olunur, sonrasında lazım olarsa, daralmış və ya tutulmuş damarlara balon və stent tətbiq olunur, və yaxud angioqrafiyadan sonra cərrahi əməliyyat göstərişi verilir. Bundan başqa, periferik damar xəstəliklərinə böyrək arteriyasında olan darlıqlar aiddir ki, bu xəstəlikdə öz növbəsində xəstənin həyat fəaliyyətinə ciddi təsir edir. Böyrək arteriyasında darlıq olan xəstələrdə birdən-birə yüksələn təzyiq müşahidə olunur, hansı ki bəzən bu xəstələr təzyiq xəstəsi olmur. Yəni anidən yüksələn təzyiq, yaşın cavan olması bu xəstəliyə şübhəni artırır. Bu xəstəlikdə də müvafiq olaraq angioqrafiya və balon stent istifadə tətbiq olunur.