
Ürək 4 kameradan, yəni boşluqdan ibarətdir: 2 qulaqcıq və 2 mədəcik. Ürəkdə qulaqcıq və mədəciklər arasında, o cümlədən sol mədəcik ilə aorta arasında və sağ mədəciklə ağciyər arteriyası arasında toplam 4 qapaq vardır. Qapaqların əsas funksiyası ürəyin pompa funksiyasını icra edərkən qanın geriyə qayıtmasını əngəlləməkdir. Qapaq xəstəlikləri adətən qapaq darlıqları və qapaq çatışmazlığı şəklində rast gəlinir. Xəstəliyin inkişafında xüsusilə uşaq vaxtı keçirilən angina, buna bağlı revmatizm xəstəliyinin rolu vardır. Bundan başqa, ürək qapaqlarında anadangəlmə anormallıqlar, kirəclənmə kimi problemlərə də rast gəlinir. Qapaq problemlərini aradan qaldırmaq üçün müxtəlif müalicə üsulları tətbiq olunur ki, onlardan daha çox müdaxiləvi yolla qapaq implantasiyası, qapaq təmiri, TAVI (trans kateter aortal qapaq implantasiyası) əməliyyatı və s. aparılır. Bundan başqa, bəzi qapaq darlıqlarında müdaxiləvi yolla balonla genişləndirmə əməliyyatı icra edilə bilir. Bu gün bizim mərkəzimizdə də bu müalicə üsulları yüksək peşəkarlıqla aparılmaqdadır.