SAYT ÜZRƏ AXTARIŞ

Transezofagial EXO (TEE)


Transezofagial exokardioqrafiya (TEE) exokardioqrafiyanın bir növüdür. Exo kardioqrafiya səs dalğalarının vasitəsilə ürəyin bir çox göstəricilərini qiymətləndirir. Exo müayinəsi zamanı exo datçiki transtorakal, yəni döş qəfəsi kənarından yerləşdirilir. Bu zaman səs dalğalarının ürəyə çatması bəzən yetərsiz olur. Bəzi xəstəliklərin diaqnostikasının aparılmasında TEE müayinəsi ehtiyac duyulur. Bu zaman xüsusi exo datçiki yemək borusuna yerləşdirilir və ürəyin exo müayinəsi aparılır. Nəticədə exo datçiki ürəyə daha yaxın olur və daha effektiv görüntü yaranır ki, bu da diaqnnostikanı asanlaşdırır. TEE müayinəsi üçün xəstə öncədən hazırlanır.