SAYT ÜZRƏ AXTARIŞ

Ürək qüsurları

Ürək qüsurları

Ürək qüsuru dedikdə yəni ki mədəcik və qulaqlıqarası çəpər defektləri, ürəyin qapaq aparatında və ya böyük damarlarda olan dəyişikliklər nəzərdə tutulur.

Ürək qüsuru 2 cür: anadangəlmə və qazanılmış olur. Anadangəlmə qüsurlara qulaqcıqlararası və mədəciklərarası çəpər deffekti, aorta və ağ ciyər arteriyasının zədələnməsi,arterial axarın açıq qalması və s aiddir.

Qazanılmış qüsürlar-daha çox revmatizm mənşəli olur. Bu qüsurlar ən çox ürək qapaqlarında meydana çıxır. Ürək qapaqlarında qüsurlar qapaq çatışmazlığı və stenoz (daralması) kimi rast gəlinir.

İstənilən halda ürək qüsurları ürəyin işinə mənfi təsir göstərə bilir, ürəyin qan qovma funksiyasını pozur ki, nəticədə bir sıra əlamətlər ortaya çıxır.

Daha çox tənginəfəslik, tez yorulma, bədəndə şişlər,uşaqlarda göyərmə və s. rast gəlinir. Ürək qüsurları aşkar olunduqda kontrol altına alınmalıdır. Bəzi qüsurlar təqib olunur və yaş artıqca aradan qalxır. Lakin bəzi ürək qüsurlarında müdaxiləvi (invaziv) və cərrahi əməliyyat göstəriş sayıla bilər.