SAYT ÜZRƏ AXTARIŞ

Hipertrofik kardiomiopatiya

Hipertrofik kardiomiopatiya

Hipertorfik kardiomiopatiya (HKMP) ürəyin əzələ xəstəliyi olub, daha çox ürəyin işi yükü artan zaman meydana çıxır. Bu xəstəliyə “idmançı xəstəliyi” də deyirlər. HKMP- ürəyin divarının ciddi şəkildə qalınlaşması ilə yəni hipertrofiya olunması ilə xarakterizə olunur. Əksər hallarda qalınlaşmaya ürəyin sağ və sol yarıya ayıran arakəsmədə (septum) rast gəlinir. Normada septumun qalınlığı 11 mm-i keçmir. Lakin HKMP-da 13-60 mm -ə qədər qalınlaşma rast gəlinir. Bu qalınlaşma hesabına ürəyin qan ötürmə işi azalır. Çünki, ürək boşluğunun həcmi azalmış olur. HKMP-bəzi hallarda anadangəlmə, bəzən isə sonradan qazanılmış olur. Qazanılmış HKMP-ya ürəyin işini artıran faktorlar məsələn aorta damarında darlıqlar, hipertoniya xəstəliyi ən çox rast gəldiyimiz səbəblərdəndir.
HKMP-əlamətləri nələrdir?

  • Bayılmalar
  • Nəfəs darlığı
  • Baş gicəllənmə
  • Halsızlıq
  • Ağır iş görərkən tənginəfəslik
  • Bəzən hərəkət edəndə, nərdivan çıxanda sinədə ağrılar və s rast gəlinir.

Xəstəliyin diaqnostikasında ilk olaraq exokardioqrafiya tətbiq olunur. Həmçinin xəstəliyi yaradan faktorların araşdırılmasında angioqrafiya müayinəsidə aparıla bilir.

Xəstəliyin müalicəsində ilk olaraq şikayətləri azaltmaq məqsədilə bəlli dərmanlar təyin olunur. Lakin ağırlaşmış xəstələrdə cərrahi əməliyyat və Alkoqol Septal Ablasiya dediyimiz müalicələr tətbiq olunur. Bu müalicə üsulu ölkəmizdə ancaq bizim mərkəzdə aparılır. Müalicədə əsas taktika müdaxiləvi yolla qalınlaşmış ürək arakəsməsində alkoqol yeridilərək süni infark sahəsi yaradılır ki, bu zaman septumun nazikləşməsi baş verir , yəni qalınlaşmanı fiziki olaraq azaltmış oluruq. Nəticədə ürəyin qan tutma həcmi artmış olur ki, bu zaman xəstələrin həyat keyfiyyəti xeyli yüksəlir.