SAYT ÜZRƏ AXTARIŞ

Dilatasyon kardiomiopatiya

Dilatasyon kardiomiopatiya

Dilatasyon kardiomipatiya ürəyin sol mədəciyinin genişlənməsi nəticəsində qan ötürmə gücünün azalmsıdır. Dilatasyon kardiomiopatiya hər yaşda ortaya çıxa bilər. İlk olaraq bu xəstəlik ciddi bir əlamət verməsədə sonradan bəlli əlamətlər ortaya yaranır. Bu xəstəliyin yaranmasında koronar damarların xəstəliyi, yüksək təzyiq, tiroid xəstəlikləri,ürək qapağı xəstəlikləri,diabet, bəzi virus xəstəlikləri və s rolu vardır. Həmçinin xəstəlik genetik olaraq, anadangəlmə də inkişaf edə bilər. Əsas əlamətləri:

  • Ürək çatışmazlığı əlamətləri (nəfəs darlığı, yorğunluq)
  • Ayaqlarda şişmələr
  • Çəki artımı
  • Baş gicəllənmə, bayılma
  • Sinə nahiyyəsində ağrı və təzyiq hissi

Dilatasyon kardiomiopatiyanın diaqnostikasında ilk olaraq exokardioqrafiya, həmçinin stress test aparılır.
Müalicəsində dərman preparatlarının təyini, cərrahi müalicə həyat tərzi dəyişiklikləri tətbiq olunur.