Ürəyin işemik xəstəli (ÜİX) bütün dünyada insan ölümlərinin əsas səbəbi sayılır. Əzələli orqan olan ürək bütün həyatı boyunca döyünür. Bu zaman ürəyə daimi olaraq qan lazım olur. Ürəkdən çıxan ən böyük damar aortadan ürəyin özünü qidalandıran damarlar ayrılır ki, bunlara ürəyin tac damarları və ya koronar damarlar deyirik. Bəzi hallarda bu damarlarda daralmalar və tıxanmalar meydana çıxır. Nəticədə daralan hissədən yaxşı qan keçə bilmədiyi üçün ürək yaxşı qidalana bilmir və ürəkdə qan çatışmazlığı yaranır.Ürək buna müxtəlif reaksiya verir. Bəzi insanlarda sinə ağrısı,bəzilərində sinədə və kürəkdə göynəmə,bəzilərində sıxıntı hissi və s ola bilər. Bəzi insanlarda daralan damarlar birdən birə tutulur ki, bu vaxt ürəyin həmin hissəsinə ümumiyyətlə qan getmir. Buna infarkt deyirik. Bütün bunlar Ürəyin işemik xəstəliyi adlanır.
ÜİX-nin yaranma səbəbləri nədir?
- Yaş (kişilərdə ≥ 45, qadınlarda ≥ 55 və ya erkən menopauza)
- Ailə tarixi (birinci dərəcəli qohumlarda kişilərdə 55 yaşdan öncə, qadınlarda 65 yaşdan öncə koronar xəstəliyin olması)
- Siqaret çəkmək
- Hipertoniya (qan təzyiqi ≥ 140 / 90 mmHg və ya təzyiq dərmanlarının qəbulu)
- Qanda xolesterin yüksəkliyi (ümumi xolesterol ≥ 200 mq / dl, LDL-xolesterol ≥ 130 mq / dl)
HDL-xolesterol dəyəri (< 40 mq / dl) - Şəkərli diabet (diabet damar problemləri baxımından ciddi bir risk faktorudur)
- Hərəkətsiz və ya az hərəkətli həyat tərzi
- Stress və depressiya
ÜİX-nin əsas əlamətləri sinədə, kürəkdə, sol qol və çənəaltə nahiyyədə ağrı daha çox rast gəlinir. Bəzən bu əlamətlər mədə nahiyyəsində özünü büruzə verə bilər.
Bəzi xəstələrdə bu kimi əlamətlərin xəstəliyin gedişindən aslı olaraq gərginlik zamanı, bəzilərində sakit halda yarana bilər.
Müalicə nədən ibarətdir?
ÜİX-nin müalicəsi ilk öncə xəstəliyin dərəcəsindən, yəni damarların hansı dərəcədə daralması və ya tıxanmasından aslı olaraq seçilir. İlk növbədə ÜİX-nin net diaqnozunu qoymaq üçün koronar angioqrafiya müayinəsi aparılır. Müayinənin nəticəsinə uyğun olaraq dərman müalicəsi, balon və ya stent tətbiqi və koronar şuntlama əməliiyatı aparıla bilər. İstənilən halda məqsəd ürəkdə qan dövranını bərpa etməkdir.