Ürəyin damar xəstəliklərində müdaxilələr
Ana səhifə Xidmətlərimiz İnvaziv (müdaxiləvi) kardiologiya Ürəyin damar xəstəliklərində müdaxilələr
Ürəyin damar xəstəliklərində müdaxilələr

KORONAR ANGİOQRAFİYA


Koronar Angioqrafiya rentgen şüaları və xüsusi kontrast maddə hesabına ürəyin tac damarlarının görüntülənməsi üsuludur. Koronar Angioqrafiya müayinə üsulu sayılır.
Əvvəla deyək ki, koronar damarlar nədir?
Koronar damarlar aortadan ayrılır və ürəyi qidalandırmaq vəzifəsi daşıyır. Bir çox xəstəliklərdə bu damarlarda yaranan daralma və ya tıxanmalar, bir sözlə, ürəkdə qidalanma pozğunluğuna səbəb olur. Məhz bu səbəbdən angioqrafiya olunur ki, nəticədə bu damarların vəziyyəti tam qiymətləndirilir. Əgər damarlarda daralma və ya tıxanma varsa, müvafiq müalicə metodu seçilir.
Angioqrafiya bir kateter labaratoriyasında aparılır. Angioqrafiya adətən bilək arteriyasından, bəzi hallarda bud arteriyasından girilməklə icra edilir. Bu zaman müvafiq nahiyyəyə plastik tüp yerləşdirilir və kateter bu tüpün içindən keçməklə ürəyə qədər gedilir. Daha sonra kontrast yeridilir və hərəkətli rentgen şəkillər çəkilir. Sonra çəkilmiş rentgen görüntü izlənərək koronar damarlarda kontrast maddənin axın vəziyyətinə baxılır. Bu zaman tac damarlarda problem varsa, açıq aydın görünür.
Angioqrafiyadan əvvəl bir sıra müayinə və testlər edilir. Bundan sonra angioqrafiyaya qərar verilir. Xəstə müayinə zamanı tam ayıq vəziyyətdə olur. Sadəcə kateter salınacaq nahiyyə lokal anesteziya edilir. Xəstələr müayinə zamanı, demək olar ki, heç bir şey hiss etmirlər. Bəzi xəstələr kontrast yeridilən anda istilikbasma olduğunu deyirlər ki, bu keçicidir. Təqribən koronar angioqrafiya müayinəsi 15 dəqiqə çəkir. Müayinənin nəticəsinə görə dərman müalicəsi, angioplastika (damarı balonla genişləndirmək və stent tətbiqi) və by-pass (arterial koronar şuntlama) təyinatı verilə bilər.
Koronar angioqrafiya sonrası əgər damar darlıqları və ya tutulması müəyyən edilərsə, bu zaman planlı və ya təcili angioplastika qərarı verilə bilər. Angioplastika yən ki, damarın balonla genişləndirilməsi və stent implantasiya prosesidir. Balon və stent prosesi xüsusi bir kateterin ucunda balon şişirdilməsilə başlayır. Damar genişlənməsi əldə olunduqdan sonra stent, yəni xüsusi metal qəfəs damar içində balon vasitəsilə açılır. Bu zaman damarın açıq qalmasını və qan axını bərpasını əldə etmiş oluruq. Bu proses ortalama 40-60 dəqiqə çəkir.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"