Ürək çatışmazlığı
Ana səhifə Xidmətlərimiz Klinik kardiologiya Xəstəliklər Ürək çatışmazlığı
Ürək çatışmazlığı

ÜRƏK ÇATIŞMAZLIĞI


Ürək çatışmazlığı ürəyin bədənə qanı ötürmə gücünün azalması deməkdir. Bu zaman orqan və toxumalarda effektiv qan getmədiyindən bir çox problemlər yaranır. Ürək çatışmazlığının yaranma səbəblər əsasən bunlardır.
- Keçirilmiş infarkt
- Ürəyin qapaq xəstəlikləri
- Bəzi ürəyin əzələ xəstəlikləri
- Hipertoniya və s.
Ürək çatışmazlığının əsas əlamətləri tez yorulma, halsızlıq, nəfəs darlığı, baş gicəllənmə, ayaqlarda şişmələr və s.-dir. Ürək çatışmazığı xəstələrin həyat keyfiyyətini ciddi şəkildə pozur. Xəstəliyin müalicəsində əsas hədəf xəstənin yaşam keyfiyyətini yaxşılaşdırmağa doğru yönəlir. Əsasən dərman müalicəsi, ürəyin fəaliyyətinə birbaşa təsir edən ürək daxili cihaz implantasiyası, xüsusi reabilitasiya proqramları aparılır. Bu gün ürək çatışmazlığının ən effektiv müalicə üsulu ürək köçürülməsidir.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"