Stress test
Ana səhifə Xidmətlərimiz Klinik kardiologiya Müayinələr Stress test
Stress test

Stress test


STRESS TEST, Treadmil test, fiziki yük sınağı əslində eyni anlayış deməkdir. Stress test ürəyə bəlli bir yük verməklə ürəyin EKQ müayinəsidir. Bəzi hallarda xəstədə bəlli şikayətlər EKQ–də özünü göstərmir ki, bu zaman Stress test müayinəsi aparılır.
Stress test zamanı xəstə xüsusi cihazda hərəkət etdirilir və hərəkət surəti həkim tərəfindən idarə olunur. Hər hərəkət pilləsi müvafiq qiymətləndirilir. Bu zaman hərəkətdə olan xəstədə EKQ çəkilir. Stress testi əsasən aşağıdakı hallarda edirlər:
  • Stenokardiya şikayəti olanlarda
  • Yoxuşa qalxanda və ya pilləkən qalxanda ciddi təngnəfəsliyi və ağrısı olanlarda
  • Əvvəllər stent olunmuş xəstələrdə
  • Bəzi ürək əməliyyatlarından əvvəl qiymətləndirmə məqsədilə
  • Ürəyin bəzi ritm pozulmalarını qiymətləndirdikdə
  • Bəzi qapaq xəstəliklərini qiymətləndirdikdə
  • EKQ–si normal olan, lakin ürək şikayəti olan insanlarda

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"