Şəkərli diabet və ürək sağlamlığı
Ana səhifə Xidmətlərimiz Preventiv (profilaktik) kardiologiya Şəkərli diabet və ürək sağlamlığı
Şəkərli diabet və ürək sağlamlığı

ŞƏKƏRLİ DİABET VƏ ÜRƏK SAĞLAMLIĞI


Şəkərli diabet bir metabolizm xəstəliyi olub qan şəkərinin uzunmüddətli yüksək səviyyəsidir. Şəkər xəstəliyi xroniki gedişli bir xəstəlikdir. Artıq bütün dünyada şəkər xəstəliyini xəstəlik yox, həyat tərzi olması qəbul edilmişdir. Çünki bu xəstəliklə insan bir ömrü boyu yaşayır və şəkəri tam kontrolda saxlamaq mümkündür. Lakin şəkər xəstəliyinə önəm vermədikdə yüksəlmiş şəkər gələcəkdə çiddi problemlər yarada bilir. Şəkər xəstəliyində insanı həkimə getməyə məcbur etməyən əlamətlər olmadığından bəzi xəstələr buna əhəmiyyət vermir. Əslində isə yüsək şəkər “gizli qatildir”, orqanizmi zədələyir və ciddi fəsadlara səbəb olur. Ümumi halda şəkər xəstəliyinin əlamətləri bunlardır:
  • Tez tez sidiyə çıxma, gecə bir neçə dəfə sidiyə çıxma
  • Tez tez susuzlama, çoxlu maye qəbul etmək
  • Bəzi hallarda ətraflarda gicişmə hissi
  • İştahsızlıq, arıqlama
  • Yorğunluq, əsəbilik, halsızlıq
  • Bəzi xəstələrdə görmədə bulanıqlıq

Şəkərli diabet xəstəliyi uzun müddət ərzində kontrol edilmədikdə damar zədələnmələrinə? daha doğrusu, damar daralmalarına və tıxanmalara səbəb olur. Qeyd edək ki, xəstələrdə diabetlə yanaşı, xolesterin göstəricilərinin yüksək olması, eləcə də yanaşı yüksək təzyiq xəstəliyi (hipertoniya) olması ciddi şəkildə həyatı təhdid sayılır. Damar problemləri beyində insult, ürəkdə infark riski, eləcə də böyrək, göz problemləri yaranması bu hallarda dəfələrlə yüksəkdir. Həmçinin diabetin yaratdığı damar problemləri özünü daha çox ayaqlarda biruzə verə bilir ki, bu da gələcəkdə ciddi problemlərə - diabetik yaralara, qanqrenalara səbəb ola bilər. Bir sözlə, şəkərli diabeti olan kəs qan şəkərini kontrolda saxlamaq üçün həkim kontrollarında olmalı, ürək damar sağlamlığı testlərini vaxtaşırı etməlidir. Bundan başqa, ürək əməliyyatı keçirən xəstələrdə (məs. stent əməliyyatı, şuntlama əməliyyatı ) yanaşı şəkərli diabet xəstəliyi varsa, digər əməliyyat xəstələri ilə müqayisədə bu xəstələr qanda şəkər miqdarının normal olmasına, həmçinin pəhrizlərinə, dərman qəbullarına, fiziki aktivliklərinə daha ciddi yanaşmalıdır.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"