Renal denervasiya
Ana səhifə Xidmətlərimiz İnvaziv (müdaxiləvi) kardiologiya Renal denervasiya
Renal denervasiya

Renal denervasiya


Renal denervasiya bu gün inadkar hipertoniyanın (rezistent hipertoniya) müalicəsində ən əlverişli müalicə üsulu sayılır. Qeyd edək ki, dünyada 1 milyarddan çox insan hipertoniyadan əziyyət çəkir. Bu xəstələrin 1/3 –i müalicəsiz, 1/3-i müalicə alır və təzyiqlərini kontrolda saxlayır, 1/3- i isə kontrolsuz hipertoniyadır. Kontrolsuz hipertoniya o deməkdir ki, xəstə ən azı 3 qrup təzyiq dərmanı qəbul edir və uğurlu nəticə əldə edə bilmir. Hipertoniya özü ilə bərabər bir sıra ağırlaşmalar, insult, infarkt, görmə pozulması, böyrək çatışmazlığı və s. yarada bilir. Belə ki, bu gün 40-60 dəqiqə ərzində kontrolsuz, hipertoniyadan Renal Denervasiya dediyimiz prosedur nəticəsində qurtulmaq mümkündür. Renal Denervasiya bud nahiyyəsindən arteriyaya girilərək böyrək arteriyalarında sinir qanqlionlarının radio frekans ablasiya olunmasıdır. Bu müalicə üsulu invaziv prosedur sayılır və uğurlu nəticələr yüksəkdir. Bütün dünyada renal denervasiya ilk vaxtlar böyük maraqla qarşılandı və sonradan nəticələrin çoxda uğurlu olmaması fikri irəli sürüldü. Son illər inadkar hipertoniyanın müalicəsində renal denervasiya yenidən gündəmə gəlmişdir və bu barədə xeyli tədqiqatlar aparılmışdır. Qeyd edə ki, biz renal denervasiyaya ölkəmizdə 2012-ci ildə başladıq. Nəticələrimizi Dünya Hipertoniya Kongresində məruzə etmişik. İndiyə kimi bizim renal denervasiya etdiyimiz xəstələr kontrol altındadır və nəticələrimiz çox yaxşıdır.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"