Mitral və aortal stenoz
Ana səhifə Xidmətlərimiz Klinik kardiologiya Xəstəliklər Mitral və aortal stenoz
Mitral və aortal stenoz

Mitral və aortal stenoz



Mitral stenoz – sol atrioventrikulyar dəliyin daralmasıdır. Bu zaman qanın sol qulaqcıqdan sol mədəciyə ötürülməsi çətinləşir. Mitral stenoz əksər hallarda revmatizm mənşəli olur. Mitral stenozda adətən atrioventrikulyar dəliyin sahəsi 2 sm²-dan az olduqda klinik əlamətlərlə özünü göstərir. Əsas əlamətlər Yorğunluq, fiziki gərginlik zamanı, sonralar isə hətta sakitlik halında tənginəfəslik, qanhayxırma ilə öskürək, ürək çırpınma və s.-dir. Mitral stenozda ilkin olaraq medikamentoz müalicə aparılır. Lakin ciddi hemodinamik pozulmalar olduqda dərman müalicəsi effektiv olmur. Stenozun ağır hallarda qapaq protezlənməsi, mitral valvuloplastika əməliyyatları aparılır.

Aortal stenoz və ya aorta dəliyinin daralması qazanılmış ürək qüsurlarının ən çox rast gəlinən formalarındandır. Aortada olan darlıq hesabına ürəyin hər dəfə qanı damarlara qovması zamanı əlavə olaraq işi yükü artır. Daha çox xəstələrdə tənginəfəslik, tez yorulma, zəiflik meydana çıxır. Aortal stenoz inkişaf etdikcə, xüsusilə də daralma 50% -i keçdikdə daha ciddi əlamətlər, hətta qəfləti ürək ölümləri rast gəlinə bilər. Aortal stenoz ağırlaşmış mərhələlərdə tez-tez bayılmalar, boğulmalar, bədəndə şişmələr kimi əlamətlər meydana çıxır.

Xəstələrdə ilk növbədə Exokardioqrafiya incələməsi aparılır. Daha sonrasında angioqrafiya, aortaqrafiya müayinəsi aparıla bilər. Aortal stenozda meydana çıxan əlamətlərə uyğun dərman müalicəsi təyin olunur.

Aortal stenozda dərman müalicəsi aritmiyaların aradan qaldırılmasına, ÜİX-nin profilaktikasına, təzyiqin normada qalmasına, ürək çatışmazlığının ağırlaşmasının qarşısının alınmasına yönəldilir. Bundan başqa, aortal stenozda müdaxiləvi və açıq cərrahi müalicə üsullarıda tətbiq olunur.

Copyright © 2020 | Bütün hüquqları qorunur | Site by "OKmedia"